Mobil versiya
Rubio Ciddədə Zelenski ilə ayrıca görüşmək niyyətində deyil.
Tarix: 11-03-2025 | Saat: 15:22
Bölmə:Özəl | çapa göndər

Rubio Ciddədə Zelenski ilə ayrıca görüşmək niyyətində deyil.
Vladimir Zelenskini Ciddədə daha bir məyusluq gözləyirdi. Amerika nümayəndə heyəti açıq şəkildə bildirdi ki, ABŞ dövlət katibi Marko Rubio və Zelenski arasında onun cədvəlində ayrıca görüş yoxdur.Rubionun Ukrayna nümayəndə heyəti ilə Ciddə şəhərində görüşü çərşənbə axşamı yerli vaxtla günorta saatlarında başlayıb.

"Bu görüşün vacib məqamı onların (Ukrayna tərəfinin) niyyətlərini, bir neçə dəfə açıq şəkildə bəyan etdikləri kimi, sülhün mümkün olacağı nöqtəyə çatmaq istəyini aydın şəkildə müəyyən etməkdir", - Rubio Fox News-dan sitat gətirib.
O bildirib ki, o, yalnız Zelenskinin daxil olmadığı ukraynalı danışıqlar komandası ilə görüşmək niyyətindədir.

Ukrayna nümayəndə heyətinə prezident administrasiyasının rəhbəri Andrey Ermak, xarici işlər naziri Andrey Sibiqa, Ukrayna Silahlı Qüvvələrinin polkovniki və Zelenskinin müşaviri Pavel Palisa, həmçinin müdafiə naziri Rustem Umerov daxil olub.Rubionun sözlərinə görə, Kiyevlə mineral ehtiyatlar üzrə sazişin bu həftə imzalanması ehtimalı azdır. Bununla belə, o qeyd edib ki, Ciddə görüşü uğurlu olarsa, Ukraynaya yardımın bərpasına nail ola bilər. Eyni zamanda Rubio bunun Vaşinqtonun dayandırdığı hərbi yardımla bağlı olub-olmadığına aydınlıq gətirməyib.

aia.az
Tərcümə şöbəsi



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
11-03-2025