Zelenskinin ofisi Rusiya ilə mümkün danışıqların tarixini müzakirə edib
Tarix: 05-03-2025 | Saat: 21:17
Bölmə:Özəl | çapa göndər

Vladimir Zelenskinin ofisinin rəhbəri Andrey Yermak ABŞ prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Mayk Vals ilə Rusiya ilə mümkün danışıqlar tarixini müzakirə edib. Bu barədə RİA Novosti yerli KİV-ə istinadən xəbər verir.Ermak və Valsın hər hansı bir tarix təyin edə bilib-bilmədiyi barədə məlumat verilmir. Eyni zamanda, Vals bundan əvvəl də bəyan etmişdi ki, Birləşmiş Ştatlar Ukrayna ilə təkcə danışıqların tarixini deyil, həm də onların yerini müzakirə edir. Onun sözlərinə görə, bu danışıqlarda tərəflər sülh sazişini müzakirə edə biləcəklər.
“Ermak Trampın milli təhlükəsizlik üzrə müşaviri Vals ilə Rusiya Federasiyası ilə danışıqların yeri və tarixini müzakirə edib, prezidentin müşaviri Litvin təsdiqləyib”, – yerli media yazır.
Bundan əvvəl Rusiya prezidentinin köməkçisi Yuri Uşakov Rusiya ilə ABŞ arasında danışıqların tarixinin hələ müəyyən edilmədiyini bildirmişdi.
aia.az
Tərcümə şöbəsi
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
06-03-2025
05-03-2025