Hicran Hüseynova Sumqayıtda növbəti vətəndaş qəbulu keçirib -Fotolar
Tarix: 05-03-2025 | Saat: 19:31
Bölmə:Karusel / Gündəm | çapa göndər

Bu gün, 42 saylı Sumqayıt birinci seçki dairəsinin deputatı və Milli Məclisin komitə sədri olaraq, Yeni Azərbaycan Partiyasının Sumqayıt şəhər təşkilatının inzibati binasında vətəndaşlarla növbəti görüşümüzü keçirdik.
Görüş zamanı vətəndaşların müraciətlərini dinlədik, onların qaldırdığı məsələləri müzakirə etdik. Müraciətlər əsasən ailə-məişət məsələləri, işlə təminat, əmək təqaüdləri və sosial problemlərlə bağlı idi. Bir sıra məsələləri yerindəcə həll etdik, digərlərinin isə araşdırılması və həlli üçün müvafiq dövlət qurumlarına sorğular göndərildi.
Daha sonra, Sumqayıt Dövlət Dram Teatrının direktoru Şəfiyev Samir və Sumqayıt şəhər 35 nömrəli məktəbin 8-ci sinif şagirdi Cavadzadə Nuray Əli qızı ilə görüşdük.
Görüşdə Nuray Cavadzadəyə böyük uğurlar arzuladım! Bu qədər möhtəşəm nailiyyətlər əldə etmək həqiqətən təsir edicidir. Fibonacci Robot olimpiadasının dünya 3-cüsü olmaq, həmçinin MUN- Roma və Kimya Respublika yarışlarında qazandığı uğurlar onun çox istedadlı və çalışqan bir şagird olduğunu təsdiq edir. Gələcəkdə daha çox uğur qazanacağına inanıram!
Milli Məclisin Komitə sədri,
professor Hicran Hüseynova
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
06-03-2025
05-03-2025