Mobil versiya
Azərbaycanda qadın hüquqlarının reallaşması yüksək səviyyədə həyata keçirilir
Tarix: 05-03-2025 | Saat: 14:10
Bölmə:Siyasət | çapa göndər

Azərbaycanda qadın hüquqlarının reallaşması yüksək səviyyədə həyata keçirilir

Hər il martın 8-də bütün mütərəqqi beynəlxalq ictimaiyyət Beynəlxalq Qadınlar Gününü ümumbəşəri bayram olaraq qeyd edir. Bu gün, yalnız qadınların hüquqlarının qorunması və gender bərabərliyinin təmin olunması üçün bir çağırış deyil, həm də onların cəmiyyətə verdiyi töhfələrin təntənəsidir. Azərbaycanda da bu günün özəlliyi çox böyükdür.
Azərbaycan cəmiyyətində qadınların yeri və rolu tarixən diqqəti cəlb edən məqamlara sahib olub. Həm keçmişimizdə, həm də müasir dövrdə Azərbaycan qadınları cəmiyyətin müxtəlif sahələrində – siyasətdən tutmuş mədəniyyətə, təhsildən səhiyyəyə qədər hər sahədə fəal mövqelərdən çıxış etmişlər. Azərbaycan qadını, xüsusilə müstəqil dövrdə, həm iqtisadi, həm də sosial sahələrdə böyük uğurlar qazanmışdır. Müstəqil Azərbaycanda qadınların siyasi iştirakını artırmaq, onların iş həyatında və ictimai fəaliyyətlərində daha aktiv olmalarını dəstəkləmək məqsədilə müxtəlif qanunvericilik aktları qəbul olunur və proqramlar tətbiq edilib.
Məlumdur ki, ölkəmizdə qadın siyasətinin əsasını Ulu Öndər Heydər Əliyev qoyub. Ulu Öndər ölkə həyatının bütün sahələrində qadınlara xüsusi yer ayırdı, onların hərtərəfli fəaliyyətinə geniş meydan verdi, lider qadınlar yetişdirdi. Ölkəmizdə dövlət səviyyəsində qadın siyasətinin əsasını qoyan Ümummilli Lider Heydər Əliyev qadın şəxsiyyətinə böyük hörmətlə yanaşırdı. İndi fəal vətəndaşlıq mövqeyini sərgiləyən çox sayda Azərbaycan qadını var. Dövlət müstəqilliyimizin bərpasından sonra Azərbaycan qadını milli dövlət quruculuğu prosesinin fəal iştirakçısına çevrilmiş, ölkəmizin sosial-iqtisadi və mədəni potensialının artırılması üçün dəyərli töhfələr vermişdir. Azərbaycan qadını tarix boyu müqəddəs ana şərəfini uca tutaraq öz mübarizliyi ilə tanınmış, qadınlarımız ölkənin ictimai-siyasi, mədəni həyatında fəal iştirak etmiş, dövlətin idarə olunmasında daim fədakarlıq nümayiş etdirməklə yanaşı döyüş meydanlarında da şücaət göstərmişdir.
Tarixi bir həqiqət də odur ki, cənab Prezident İlham Əliyev qadın siyasətinin mükəmməl nümunəsini yaradıb. Dövlət başçımızın hər il 8 Mart Beynəlxalq Qadınlar Günü münasibətilə Azərbaycan qadınlarına ünvanladığı təbrik cənab Prezidentin qadınlara olan diqqətinin və ehtiramının təcəssümüdür. Dövlət başçısı respublikamızın qazandığı uğurlarda qadınların rolunu yüksək qiymətləndirir: “Biz hamımız dinamik inkişaf edən ölkəmizin irimiqyaslı iqtisadi layihələrin iştirakçısı kimi əldə etdiyi yüksək göstəricilərlə haqlı olaraq fəxr edirik. Bu tərəqqinin bəhrələri respublikamızın hər bir guşəsində özünü aydın hiss etdirir. Həmin nailiyyətlərdə Azərbaycan qadınlarının böyük rolu danılmazdır. Qədim zamanlardan bəri Vətənə və torpağa sədaqəti ilə seçilən qadınlarımız milli məfkurəyə sadiq qalaraq bu gün də suveren Azərbaycan Respublikasının güclənməsi naminə töhvələr verirlər. Onlara xas olan işguzarlıq, müdriklik, yüksək daxili mədəniyyət və xalqımızın yüzillər boyu təşəkkül tapmış zəngin milli-mənəvi sərvətlərinə sədaqət müasir Azərbaycan qadınının ictimai həyatımızda mövqeyini və simasını müəyyən edir”.
Xüsusi olaraq qeyd etmək lazımdır ki, bu gün Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva hərtərəfli fəaliyyəti ilə həm ölkədə, həm də beynəlxalq aləmdə Azərbaycan qadının nüfuzunu daha da yüksəklərə qaldırır. Mehriban xanım Əliyevanın xeyirxahlıq missiyası, mədəniyyətimizin bütün dünyada təbliği sahəsində gördüyü işlər əsl örnəkdir. Ölkənin “Yumşaq güc” siyasətinin təcəssümü olan Mehriban xanım Əliyevanın humanitar layihələri ölkəmizə yeni dostlar qazandırır. Mehriban xanım Əliyevanın xeyriyyəçilik tədbirləri bir sıra ölkələri, qitələri əhatə edir, prezidenti olduğu Heydər Əliyev Fondu isə uzun illərdir ki, Azərbaycanın humanitar və mədəni diplomatiyasının səlahiyyətli nümayəndəsinə çevrilib və bu fəaliyyət hər şeydən əvvəl dünyada Azərbaycanın təqdimatı və təbliğidir. Ölkənin Birinci vitse-prezidentinin rəhbərliyi ilə milli maraqlarımıza xidmət edən və ənənələrimizi yaşadan çoxlu sayda böyük layihələrin uğurla icra olunması Azərbaycan qadınının mərhəmət və xeyirxahlığının, zəngin mənəvi-intellektual və yüksək əxlaqi dəyərlərə malik olduğunun bariz nümunəsidir. Onu da deyim ki, qadın hüquqlarının qorunması Azərbaycanda dövlət siyasətinin ayrılmaz tərkib hissəsidir. Qadınlarla bağlı məsələlərin həlli üçün bir çox qanunların qəbul olunması, fərman və sərəncamların imzalanması, beynəlxalq təşkilatlara üzv olaraq mühüm sənədlərin ölkəmizdə tətbiq olunması qadın hüquqlarının reallaşması və təminatı istiqamətində dinamik inkişafın əldə olunmasına təkan vermişdir.

Gülər Sultanzadə,
YAP Yasamal rayon təşkilatının fəal üzvü.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
05-03-2025