Mobil versiya
Serdar Gündoğan: Türkiyədə 27 min azərbaycanlı tələbə təhsil alır
Tarix: 04-03-2025 | Saat: 12:33
Bölmə:Təhsil | çapa göndər

Serdar Gündoğan:

Türkiyədə təhsil alan 136 min xarici tələbədən 27 minini azərbaycanlı tələbələr təşkil edir.

aia.az Report-a istinadən xəbər verir ki, bu barədə Türkiyə Maarif Vəqfinin Azərbaycan üzrə təmsilçisi Serdar Gündoğan Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsi tərəfindən “Stratcom Public Forum” çərçivəsində təşkil edilən “Daha ədalətli bir dünya mümkündür” adlı panel toplantısında bildirib.

Onun sözlərinə görə, xarici tələbələrdən 20 mini Türkiyə dövlətindən təqaüd alırlar:

“Türkiyə Maarif Vəqfi 56 ölkədə fəaliyyət göstərir. Vəqfimiz fəaliyyət göstərdiyi ölkələrin gənclərini heç bir qarşılıq gözləmədən təhsillə təmin edir. Bu gün Türkiyə Maarif Vəqfi 70 min tələbə ilə dünyanın təhsil brendinə çevrilib”.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
04-03-2025