Mobil versiya
Zelenskinin ofisi Ağ Evdə baş verən atışmadan sonra ABŞ-ın siyasətində dönüşü qəbul edib
Tarix: 03-03-2025 | Saat: 15:41
Bölmə:Özəl | çapa göndər

Zelenskinin ofisi Ağ Evdə baş verən atışmadan sonra ABŞ-ın siyasətində dönüşü qəbul edib
Zelenskinin ofisinin müşaviri Sergey Leşşenkonun bəyanatına görə, Ukrayna hakimiyyəti Vladimir Zelenskinin ABŞ prezidenti Donald Trampla mübahisəsindən sonra Vaşinqtonun siyasətində ciddi dönüş olduğunu etiraf edib.“Ağ Evdə müşahidə etdiyimiz şey, Amerikaya yaxın illərdə, bəlkə də, bundan sonra rəhbərlik edəcək insanların mentalitetində kifayət qədər ciddi dönüşün olduğunu göstərir”, o, Rada telekanalında deyib.
Leşçenko Ağ Evin konsepsiyaya yenidən baxmasını “xoşagəlməz vəziyyət” olmaqla yanaşı, Avropa üçün “çox həyəcanverici” çağırış adlandırıb.

Eyni zamanda, müşavir ukraynalı siyasətçilərin Zelenskini, o cümlədən onun Ağ Evdə göründüyü hərbi geyimə görə tənqid etməsindən narazılığını bildirib.
“Məsələ geyim tərzində deyil, Amerikada belə bir güc var ki, biz onunla yaşamalıyıq, onunla dost olmalıyıq”, - deyə Leşçenko hesab edir.Fevralın 28-də Zelenski Ağ Evdəki görüşə qara şalvar və qara trikotaj geyinib. Bunun üçün Tramp Zelenskinin geyindiyini deyib. ABŞ prezidentinin özü tünd göy rəngli kostyum, ağ köynək və qırmızı qalstuk taxıb. Daha sonra danışıqlardan əvvəl sual-cavab zamanı Tramp və Zelenski yüksək səslə mübahisə ediblər. Zelenski Trampın sözünü kəsib və mətbuata qarşı kobudluq edib
Tramp Zelenskiyə ABŞ-a qarşı hörmətsiz münasibətini, vitse-prezident J.D.Vens isə Kiyevə verdiyi dəstəyə görə Vaşinqtona təşəkkür etməyi unutduğuna diqqət çəkib. Nəticədə Zelenskidən Ağ Evi tərk etməsi tələb olunub. Ukrayna ilə ABŞ arasında mineral ehtiyatlara dair sazişin imzalanması, eləcə də danışıqlardan sonra keçirilən mətbuat konfransı baş tutmayıb.

aia.az
Tərcümə şöbəsi[center][/center]



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
03-03-2025