Mobil versiya
Hikmət Hacıyev Qvi-Yop Sonla görüşdü
Tarix: 03-03-2025 | Saat: 12:57
Bölmə:Siyasət / Manşet | çapa göndər

Hikmət Hacıyev Qvi-Yop Sonla görüşdü

Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev BMT-nin İnkişafın Əlaqələndirilməsi Ofisinin Avropa və Mərkəzi Asiya üzrə regional direktoru Qvi-Yop Son ilə görüş keçirib.

aia.az xəbər verir ki, bu barədə Qvi-Yop Son “X” sosial şəbəkəsindəki hesabında paylaşım edib.

"Dayanıqlı İnkişaf Məqsədlərinə nail olmaqla bağlı irəliləyişi daha da sürətləndirmək üçün BMT-nin inkişaf sisteminin necə çevik və tələb yönümlü edilə biləcəyi barədə səmərəli müzakirəyə görə Hikmət Hacıyevə təşəkkür edirəm. Sıx əməkdaşlıq dayanıqlı inkişafın açarıdır!", - paylaşımda bildirilib.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
03-03-2025