Mobil versiya
Azərbaycanda bu cərimələr artırıla bilər
Tarix: 03-03-2025 | Saat: 10:43
Bölmə:Gündəm | çapa göndər

Azərbaycanda bu cərimələr artırıla bilər

Təhsildən yayınma halları ilə mübarizə sahəsində zəruri addımların atılması, məktəb yaşlı uşaqların təhsilə cəlb olunmasında qurumlararası koordinasiyanın gücləndirilməsi vacibdir.

aia.az xəbər verir ki, bu məlumat Milli Məclisin İnsan hüquqları komitəsinin bu gün keçirilən iclasında müzakirə edilən İnsan hüquqları üzrə müvəkkilin (Ombudsmanın) 2024-cü il üzrə məruzəsində öz əksini tapıb.

Məruzədə bildirilib ki, təhsil müəssisələrində psixoloji zorakılığın ağır nəticələrə səbəb ola biləcəyini, habelə təhsildən yayınma hallarının erkən evliliyə, məcburi əməyə və digər hüquq pozuntuları ilə nəticələnə biləcəyini nəzərə alaraq İnzibati Xətalar Məcəlləsində təhsil haqqında qanunvericiliyin pozulmasına görə fiziki şəxslərə və vəzifəli şəxslərə münasibətdə nəzərdə tutulmuş sanksiyaların sərtləşdirilməsi təklif edilir:

“Bundan başqa həmin maddənin dispozisiyasında qeyd olunan əməllərin məzmunu nəzərə alınaraq, 181.0.1, 181.0.2 və 181.0.3-ci yarımbəndlərin ayrıca bir maddədə komplektləşdirilməsi də məqsədəmüvafiqdir”.

Qeyd edək ki, İnzibati Xətalar Məcəlləsinə əsasən, təhsil haqqında qanunvericiliyin pozulmasına görə fiziki şəxslər 100 manat məbləğində, vəzifəli şəxslər 300 manat məbləğində, hüquqi şəxslər 5000 manat məbləğində cərimə edilir.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
03-03-2025