Mobil versiya
Azərbaycan sərmayəsi Pakistanda.
Tarix: 03-03-2025 | Saat: 10:20
Bölmə:Özəl | çapa göndər

Azərbaycan sərmayəsi Pakistanda.

Fevralın 24-də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərif ilə qarşılanma, geniş tərkibdə görüş, mətbuata bəyanatlar olub.  İki qardaş dövlət müdafiə, enerji, infrastruktur layihələrinin icrası, informasiya texnologiyaları, səhiyyə və əczaçılıq, tekstil və və digər sahələrdə əməkdaşlıq edirlər.
Hər iki ölkə həm ikitərəfli, həm də çoxtərəfli platformalarda bir-birinə daim dəstək göstərir və əlaqələrimiz bütün sahələrdə sürətlə inkişaf edir. Heydər Əliyev Fondunun bu ölkədə həyata keçirdiyi bir sıra humanitar və xeyriyyə xarakterli layihələr də ölkələrimiz arasında əlaqələrin inkişafına mühüm töhfə kimi qiymətləndirilir. Azərbaycan Respublikasinin Prezidenti İlham Əliyevin ötən ilin yanvarında Pakistana səfəri zamanı bəyan edilmişdi ki, Azərbaycan Pakistan iqtisadiyyatına 2 milyard ABŞ dolları həcmində sərmayə yatıracaq. Heyətlər bu istiqamətdə gərgin çalışıb və ötən ilin noyabrında möhtərəm Sonra Pakistanın Baş naziri çıxış edib.
Baş nazir Məhəmməd Şahbaz Şərifin COP29 çərçivəsində Bakıya səfəri zamanı biz bunu bir daha gördük, konkret layihələr müəyyənləşdirdik və onlar hazırda nəzərdən keçirilir. Bu görüşlər nəticəsində iqtisadi sektora məsul olan şəxslərə müvafiq təlimatlar verilmişdir ki, onlar tezliklə Pakistana səfər etsinlər.
Dövlət başçımız qeyd etmişdir ki, Biz enerji sahəsində də maraqlıyıq. Enerji ilə bağlı infrastruktur sahəsinə maraq göstəririk və yeri gəlmişkən, bu gün bizim enerji şirkətlərimiz bir sıra sənədlər imzalamışdır ki, bu da praktik əməkdaşlıq elementinə çevriləcəkdir. Enerji sahəsində əməkdaşlıq, bu gün bu sahəyə maye qaz daxildir,  əminəm ki, daha da genişlənəcək və növbəti sahələri əhatə edəcəkdir.
Eyni zamanda, biz bu gün müdafiə sənayesi sahəsində çox gözəl əməkdaşlığımızı müzakirə etdik. Biz artıq birgə istehsal müəssisələri məsələsi üzərində işləyirik. Bunun üçün çox böyük potensial var. Eyni zamanda, bizə məlumdur ki, Pakistanın çox inkişaf etmiş əczaçılıq sahəsi var. Mənə verilən məlumata görə, Pakistanda istehsal olunan 90 adda məhsul Azərbaycanda qeydiyyatdan keçirilib. Bizim bu sahədə də birgə istehsal müəssisələrinin yaradılması təklifimiz olacaqdır.
Eyni zamanda, biz artıq birgə istehsal müəssisələri məsələsi üzərində işləyirik. Bunun üçün çox böyük potensial var. Eyni zamanda, bizə məlumdur ki, Pakistanın çox inkişaf etmiş əczaçılıq sahəsi var. Mənə verilən məlumata görə Pakistanda istehsal olunan 90 adda məhsul Azərbaycanda qeydiyyatdan keçirilib. Bizim bu sahədə də birgə istehsal müəssisələrinin yaradılması təklifimiz olacaqdır.

Ağaverdi Əliverdiyev
YAP Qusar rayon təşkilatının əməkdaşı



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
03-03-2025