Mobil versiya
İsrail 600 fələstinli məhbusu azad edəcək
Tarix: 26-02-2025 | Saat: 20:43
Bölmə:Özəl | çapa göndər

İsrail 600 fələstinli məhbusu azad edəcək

Fələstinli Məhbuslar Media Ofisindən verilən açıqlamaya görə, İsrailin bu gecə təxminən 600 fələstinli məhbusu azad edəcəyi açıqlanıb. Elə həmin gecə HƏMAS 4 əsirin cəsədini İsrailə təhvil verəcəyini açıqladı.

HƏMAS, fələstinli məhbusların azad edilməsində gecikmələrə son verəcək həll yolu ilə bağlı İsraillə razılaşma əldə edildiyini açıqladıqdan sonra, Fələstin Məhbusları Media Ofisi İsrailin bu gecə təxminən 600 fələstinli məhbusu azad edəcəyini açıqladı. Qəzza zolağının Xan Yunus şəhərindəki Avropa Qəzza Xəstəxanasında məhbuslar üçün hazırlıqların davam etdiyini bildirən ofis, "Məhkumların yerli vaxtla saat 22.00-00.00 arasında gəlməsi gözlənilir" dedi.

İSRAİLLİ ƏSİRLƏRİN CƏNAZƏLƏRİ TƏHFİL VERİLƏCƏK
HƏMAS-ın verdiyi açıqlamada İtzahi Eidan, Itzik Əl-Carit, Ohad Yehlomi və Şlomo Mansur adlı məhbusların cənazələrinin bu gecə İsrailə təhvil veriləcəyi açıqlanıb.

HƏMAS fevralın 22-də İsraillə əldə olunan atəşkəs razılaşmasının son mərhələsində daha 6 israilli məhbusu azad edib, İsrail isə 620 fələstinli məhbusu azad etmək öhdəliyini yerinə yetirməyib. İsrail baş nazirliyindən verilən açıqlamada fələstinli məhbusların azadlığa buraxılmasının təxirə salındığı, səbəb kimi "Həmasın məhbusları aşağılayan mərasimləri" və "əsirlərdən təbliğat məqsədilə istifadə edilməsi" göstərilib.

aia.az
Tərcümə şöbəsi



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
26-02-2025