Mobil versiya
"Gürcüstan Azərbaycanla əlaqələrin inkişafına önəm verir" - Nazir
Tarix: 26-02-2025 | Saat: 18:00
Bölmə:Dünya | çapa göndər

"Gürcüstan Azərbaycanla əlaqələrin inkişafına önəm verir"  -

Gürcüstan region ölkələri, xüsusən də Azərbaycan, Türkiyə və Ermənistanla çoxtərəfli əlaqələrin inkişafına önəm verir.

aia.az xəbər verir ki, bunu Gürcüstanın xarici işlər naziri Maka Boçorişvili bu gün Ankarada Türkiyənin xarici işlər naziri Hakan Fidanla birgə mətbuat konfransı zamanı bildirib.

"Ölkələr arasında münasibətlərin müxtəlif formatlarda inkişafı son dərəcə vacibdir. Müxtəlif formatlarda uzunmüddətli əməkdaşlıq bizə bir çox əhəmiyyətli və faydalı layihələri həyata keçirməyə imkan verib. Ümid edirəm ki, sizin (Türkiyə xarici işlər nazirinin) dəstəyinizlə biz təşəbbüslərimizi və layihələrimizi gələcəkdə də davam etdirə biləcəyik", - deyə o qeyd edib.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
26-02-2025