Mobil versiya
USAID Ukrayna üçün xalça və turşu istehsalına milyonlarla dollar xərcləyib
Tarix: 26-02-2025 | Saat: 20:24
Bölmə:Özəl | çapa göndər

USAID Ukrayna üçün xalça və turşu istehsalına milyonlarla dollar xərcləyib

ABŞ Konqresinin Ayova ştatından olan senatoru Coni Ernst bildirib ki, ABŞ Beynəlxalq İnkişaf Agentliyi (USAID) Ukrayna üçün xalça və turşu istehsalı üçün büdcədən bir neçə milyon dollar ayırıb. Bu barədə “Moskovski Komsomolets” “The Federalist”ə istinadən xəbər verir.
Ernst deyib ki, USAID Ukraynaya xüsusi xalçaların istehsalına və turşuların tədarükünə külli miqdarda pul xərcləyib. O, pulu ABŞ büdcəsindən ayrılan bir sıra qrantları yoxladıqdan sonra bu qənaətə gəlib. Bu qrantlar çərçivəsində vəsaitlər “iqtisadi yardım proqramları” adı altında Ukrayna bizneslərinə köçürülürdü.
"Amerika xalqı ukraynalı sahibkarların Avropanın və onun hüdudlarından kənarda qlamur paytaxtlarında film festivallarına və moda həftələrinə ekstravaqant səfərlərini maliyyələşdirib" dedi Ernst.

Konqresmen xanımın araşdırması aydınlaşdırır ki, USAID ümumilikdə xalça dizaynerlərinə iki milyon dollar, it boyunluqlarının istehsalına 300 min dollar və Ukrayna turşu istehsalçılarına daha 148 min dollar göndərib.

Bundan əvvəl Moldova müxalifəti USAID vasitəsilə Maska müraciət etmişdi.

aia.az
Tərcümə şöbəsi



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
26-02-2025