Bəşəri cinayət
Tarix: 24-02-2025 | Saat: 10:34
Bölmə:Siyasət | çapa göndər

1992-ci ilin fevral ayının 25-dən 26-na keçən gecə baş vermiş Xocalı soyqırımı Azərbaycan tarixinin ən dəhşətli səhifələrindən birinə çevrildi. Xalqımıza qarşı xüsusi qəddarlıqla törədilmiş bu soyqırımı təkcə erməni şovinizminin deyil, eyni zamanda indiyədək bütün bu vəhşilikləri törədənlərə havadarlıq edən bəzi Qərb dövlətlərinin, qlobal güc mərkəzlərinin də əsil simalarının ifşasına səbəb oldu. Məhz bu qüvvələrin gərgin səyləri nəticəsində uzun müddət Xocalı soyqırımının əsl mahiyyəti, baş vermiş faciənin həqiqi miqyası və erməni vəhşiliklərinin nəticələri dünya ictimaiyyətinə pərdələnmiş şəkildə təqdim olundu. Halbuki, möhtərəm Prezidentimiz cənab İlham Əliyevin dediyi kimi, Xocalı soyqırımı iki yüz ildən çox müddətdə erməni millətçilərinin xalqımıza qarşı apardığı soyqırımı siyasətinin qanlı səhifəsidir.
İlk dəfə 1994-cü il fevralın 24-də Milli Məclis Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə “Xocalı Soyqırımı Günü haqqında” qərar qəbul etdi və BMT-dən, dünya dövlətlərindən bu qətliamın gerçək mahiyyətini açıqlayaraq erməni terrorizminə qarşı təsirli tədbirlər görülməsi tələb olundu. Həmin qərara əsasən, 1992-ci il fevralın 26-da erməni təcavüzkarları tərəfindən törədilmiş qanlı Xocalı hadisələri hər il fevralın 26-da Xocalı Soyqırımı Günü kimi qeyd olunur. Ulu Öndər Heydər Əliyevin 25 fevral 1997-ci il tarixli Sərəncamı ilə Xocalı soyqırımı qurbanlarının xatirəsini yad etmək məqsədi ilə hər il fevral ayının 26-sı saat 17:00-da Azərbaycan Respublikası ərazisində Xocalı soyqırımı qurbanlarının xatirəsinə ehtiram əlaməti olaraq sükut dəqiqəsi elan edilmişdir.
Bu gün də Xocalı soyqırımının beynəlxalq aləmdə tanınması Azərbaycanın xarici siyasətinin əsas istiqamətlərindən biri olmaqda qalır. Ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə uğurla həyata keçirilən bu siyasətin bariz nəticəsidir ki, hazırda İslam Əməkdaşlıq Təşkilatı Parlament İttifaqının, Pakistan, Sudan, Meksika, Çexiya, Peru, Kolumbiya, Panama, Honduras, Qvatemala və Cibuti parlamentlərinin müvafiq sənədlərində Xocalıda törədilmiş kütləvi qətllərin soyqırımı aktı olması öz təsdiqini tapıb. Həmçinin Rumıniya, Bosniya və Herseqovina, Serbiya, İordaniya, Sloveniya, Şotlandiya parlamentləri, ABŞ-ın 22 ştatının icra və qanunvericilik orqanları Xocalı soyqırımını qətliam kimi qiymətləndirərək qətiyyətlə pisləyiblər. Dünyada isə hər il Xocalı faciəsinin ildönümündə bu qətliamın qurbanlarının xatirəsi anılan ölkələrin sayı getdikcə artır.
Əlbəttə ki, Azərbaycan bütün bu tədbirlərlə kifayətlənə bilməzdi. 2020-ci ildə ölkə Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə aparılan Vətən müharibəsinin gedişində şanlı Ordumuz düşməndən bütün şəhidlərimizin qanını döyüş meydanında aldı. Tarixi Qələbəmizdən üç il sonra isə Azərbaycan keçirdiyi lokal xarakterli antiterror tədbirinin nəticəsi olaraq bütün Qarabağda separatçılığa bir dəfəlik son qoydu. Müzəffər Ali Baş Komandanımız Azərbaycan bayrağını Xocalıda da qaldırdı. Xalqımıza qarşı bir çox qanlı cinayətlərdə, o cümlədən Xocalı qətliamında iştirak etmiş erməni qatillərindən bir qismi qandallanaraq Bakıya gətirildi. Artıq heç kim şübhə etmir ki, Azərbaycana qarşı məkrli niyyət bəsləyən, cinayət törədən hər kəsi eyni aqibət gözləyir.
Natiq Quluzadə
YAP Zəngilan rayon təşkilatının sədri
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər