Göydəniz Qəhrəmanov: “Xocalı qətliamı qan yaddaşımıza əbədi həkk olunmuş faciədir”
Tarix: 24-02-2025 | Saat: 13:03
Bölmə:Manşet / Siyasət / Özəl / Seçilənlər-6 | çapa göndər

“Azərbaycan tarixinin ən dəhşətli və qanlı səhifələrindən biri olan Xocalı soyqırımına ilk dəfə siyasi qiymət verən Ulu Öndər Heydər Əliyev eyni zamanda da bu faciənin mahiyyətini açıqlayaraq demişdir: “Bütövlükdə Azərbaycan xalqına qarşı yönəldilmiş Xocalı soyqırımı öz ağlasığmaz qəddarlığı və qeyri-insani cəza üsulları ilə bəşər tarixində bir vəhşilik aktıdır. Bu soyqırımı, eyni zamanda, bütün bəşəriyyətə qarşı tarixi bir cinayətdir. Xocalı faciəsi - Ermənistanın millətçi, vəhşi qüvvələri tərəfindən Azərbaycana qarşı edilən soyqırımıdır - vəhşiliyin görünməmiş təzahürüdür”. 1992-ci ilin fevral ayının 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələri beynəlxalq hüququn bütün norma və prinsiplərini kobudcasına pozaraq keçmiş sovet ordusunun Xankəndidə yerləşən 366-cı alayının iştirakı ilə Xocalı şəhərinə hücum etdi və dinc əhaliyə misli görünməmiş qəddarlıqla divan tutdu. Erməni şovinizmi bu etnosun hələ çar Rusiyasının imperiya siyasətinə uyğun olaraq iki yüz il bundan əvvəl Cənubi Qafqaza, Azərbaycanın tarixi ərazilərinə köçürüldüyü dövrdən bu günümüzə qədər hər zaman bütün region xalqları üçün ən böyük təhdidlərdən biri olub. Terror, kütləvi qırğınlar, yerli əhalinin zorla deportasiya olunması erməni faşizminin ən çox istifadə etdiyi üsullardan olub. Bütün dövrlərdə ermənilərin ən çox hücumlara məruz qoyduqları isə, məhz Azərbaycan xalqı olub. Xocalı qırğını isə erməni vəhşiliklərinin ən bariz nümunələrindən biridir. Xocalı soyqırımı zamanı 106 qadın, 63 uşaq və 70 yaşlı insan olmaqla 613 nəfər qətlə yetirildi, 1275 sakin girov götürüldü, 150 nəfərin taleyi isə bu günədək naməlum qalıb. Şəhər yerlə-yeksan edildi. Həmin faciəvi gecə zamanı 487 nəfər Xocalı sakini ciddi şəkildə şikəst edildi və onlardan 76 nəfəri uşaqlar idi. Qırğında 8 ailə tamamilə məhv edildi, 25 uşaq hər iki valideynini və 130 uşaq isə bir valideynini itirdi. Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü ilə 1994-cü il fevralın 24-də Milli Məclis “Xocalı soyqırımı günü haqqında” Qərar qəbul etdi. Həmin Qərara əsasən 26 fevral “Xocalı soyqırımı və milli matəm günü” elan olunub, bu barədə bütün beynəlxalq təşkilatlara məlumat verilib.”
Bu sözləri aia.az-a verdiyi açıqlamasında millət vəkili Göydəniz Qəhrəmanov deyib.
Fikirlərini davam etdirən deputat bildirib ki, Xocalı qətliamı bütün bəşəriyyətə qarşı yönəlmiş ən ağır cinayətlərdən biridir: “Azərbaycan xalqının XX əsrdə üzləşdiyi dəhşətli Xocalı faciəsi yalnız Holokost soyqırımı kimi insanlıq tarixinə düşmüş qanlı faciə ilə müqayisə oluna bilər. XX əsrin sonunda baş vermiş bu faciə təkcə Azərbaycan xalqına deyil, bütün insanlığa, bəşəriyyətə qarşı yönəlmiş ən ağır cinayətlərdən biridir. Məlumdur ki, “soyqırımı” anlayışının hüquqi mənası BMT Baş Assambleyasının 9 dekabr 1948-ci il tarixli qətnamə ilə qəbul etdiyi “Soyqırımı cinayətinin qarşısının alınması və ona görə cəzalar haqqında” Konvensiya ilə müəyyən edilmişdir və hər hansı milli, etnik, irqi və ya dini qrupların tam və ya qismən məhv edilməsi niyyəti ilə növbəti hərəkətləri bildirir: belə bir qrupun üzvlərinin qətlə yetirilməsi; belə bir qrupun üzvlərinə ciddi bədən xəsarətləri və əqli pozğunluq yetirilməsi; hər hansı belə bir qrup üçün qəsdən onun tam və ya qismən məhvinə hesablanmış həyat şəraitinin yaradılması; belə bir qrup arasında uşaq doğumunun qarşısının alınmasına hesablanmış tədbirlər; uşaqların zorakılıqla bir insan qrupundan digərinə verilməsi. Azərbaycanda aparılan rəsmi istintaq nəticəsində beynəlxalq hüquqa əsasən Xocalıda mülki əhaliyə qarşı aparılmış hücumlara münasibətdə soyqırımı cinayətinin bütün bu elementlərinin mövcudluğu müəyyən edilmişdir.”
Daha sonra G.Qəhrəmanov 2023-cü ildə cənab Prezident İlham Əliyevin işğaldan azad edilmiş Xocalıda Azərbaycan bayrağını qaldırmaqla bütün şəhidlərimizin ruhunu şad etdiyini vurğulayaraq bunları deyib: “Azərbaycan tərəfindən Xocalı faciəsi ilə bağlı həqiqətlərin beynəlxalq aləmdə düzgün çatdırılması və günahkarların layiqli cəzalandırılması istiqamətində Ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə bütün istiqamətlərdə atılan məqsədyönlü addımlar nəticəsində bu gün artıq İslam Əməkdaşlıq Təşkilatı Parlament İttifaqının, Meksika, Pakistan, Çexiya, Peru, Kolumbiya, Panama, Honduras, Sudan, Qvatemala və Cibuti parlamentlərinin müvafiq sənədlərində Xocalıda törədilmiş kütləvi qətllərin soyqırımı aktı olması öz təsdiqini tapıb. Həmçinin Rumıniya, Bosniya və Herseqovina, Serbiya, İordaniya, Sloveniya, Şotlandiya parlamentləri, ABŞ-ın 22 ştatının icra və qanunvericilik orqanları Xocalı soyqırımını qətliam kimi qiymətləndirərək qətiyyətlə pisləyiblər. Lakin bütün bunlarla yanaşı Azərbaycan özü cinayətkarların cəzalandırılması və ən əsası da gələcəkdə xalqımıza qarşı belə cinayətlərə heç bir halda yol verilməməsi məqsədilə gərəkən tədbirləri görmüşdür. 2020-ci ildə Şanlı Ordumuz Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində tarixi Qələbə qazanmaqla bütün şəhidlərimizin, o cümlədən Xocalıda qətlə yetirilmiş günahsız insanların qanını düşməndən döyüş meydanında aldı. 2023-cü ilin 19 sentyabr tarixində keçirilmiş lokal xarakterli antiterror tədbirinin nəticəsində isə Qarabağda separatçılığın və terrorun kökü birdəfəlik kəsildi. Həmin il oktyabrın 15-də Xocalıda müqəddəs bayrağımızı ucaldan Ölkə Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev bütün şəhidlərimizin ruhunu şad etdi” – deyə, millət vəkili fikirlərini tamamlayıb.
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər