Eltun Süleymanov:"Prezident İlham Əliyev Xocalının Ballıca kəndinə köçən insanlarla görüşüb"
Tarix: 24-02-2025 | Saat: 10:41
Bölmə:Manşet / Siyasət / Özəl / Seçilənlər-7 | çapa göndər

Müzəffər Ali baş Komandan, ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə işğaldan azad olunmuş ərazilərimizin bərpası sürətlə davam etdirilir. Ölkə Prezidenti İlham Əliyev işğaldan azad edilmiş ərazilərə müntəzəm səfərləri zamanı bərpa-quruculuq işləri ilə yerindəcə tanış olur, yeni yaşayış məntəqələrinin, vacib sosial və infrastruktur obyektlətinin təməlini qoyur. İndi mənfur düşmənin vaxtilə viran qoyduğu torpaqlarımızda həyat canlanır, qədim və əzəli yurd yerlərimiz tamamilə yenidən qurulur. Bir sözlə, dövlət başçısının qeyd etdiyi kimi, artıq Qarabağ və Şərqi Zəngəzur cənnətə çevrilir. Hazırda dövlət başçısının tapşırığına uyğun olaraq birləşdirilən kəndlər və əhalinin artımı nəzərə alınaraq Ağdam şəhəri bu gün müasir şəhərsalmanın ən son modeli əsasında yenidən dirçəlir. Şəhər 100 min nəfər əhali üçün tikilir. Şəhərin ərazisində Sənaye Parkının inşası uğurla davam etdirilir və artıq istehsal müəssisələrindən bir neçəsi işə salınıb. Ağdamın strateji coğrafi mövqeyi, insan resursları potensialı və infrastruktura çıxış imkanları rayonun gələcəkdə Qarabağın sənaye mərkəzinə çevrilməsinə zəmin yaradacaq. Artıq Bərdə-Ağdam dəmir yolunun və avtomobil yolunun tikintisi başa çatmaq üzrədir. Yaşayış məhəllələri ilə yanaşı, şəhərin mərkəzində həm də tarixi-mədəni ərazi salınacaq. Onu da qeyd edim ki, yaxın illər ərzində Ağdam rayonu üzrə 9690 evin və mənzilin tikilməsi, bu evlərə 42361 vətəndaşın köçürülməsi nəzərdə tutulur. Beləliklə, Ağdam tezliklə Azərbaycanın böyük sənaye və turizm şəhərlərindən biri olacaq.
Bu sözləri aia.az-a açıqlamasında Nəsimi Rayon İcra Hakimiyyəti yanında İctimai Şuranın sədr müavini Eltun Süleymanov deyib.
Müsahibimiz deyib ki, cənab Prezidentin vaxtaşırı Qarabağa səfər etməsi, görülən işlərlə tanış olması, yerindəcə gərəkən tapşırıqlarını verməsi işin sürətini və keyfiyyətini daha da artırır. Bu isə ondan xəbər verir ki, Azərbaycanın iqtisadi qüdrəti bölgəni tamamilə müasir formada qurmağa imkan verir. Fevralın 19-da Xocalı rayonunun Ballıca kəndində fərdi evlərin və infrastrukturun bərpası sahəsində görülən işlərlə tanış olan dövlətimizin başçısı kəndə köçən bir qrup sakinlə də görüşüb. Cənab Prezident görüşdə çıxış edib. Bildirib ki, “İki aydır ki, Ballıca kəndində keçmiş köçkünlər yaşayır. Mən bu gün burada bir neçə keçmiş köçkünlə görüşmüşəm, ev şəraitinə baxmışam. Şadam ki, uzun fasilədən sonra Ballıca kəndinə də artıq həyat qayıdıb. Keçmiş köçkünlər indi demək olar ki, hər ay hissə-hissə, qrup-qrup öz dədə-baba torpaqlarına qayıdırlar. Böyük Qayıdış Proqramı icra edilir. Demək olar ki, vaxtilə işğal altında olan bütün torpaqlar bərpa edilir. Dünən Ağdam rayonunda gedən quruculuq-bərpa işləri ilə tanış olmuşam. Bu gün buradayam. Eyni zamanda, Xankəndidə də olmuşam, orada da gözəl işlər görülür, yeni iş yerləri, yeni müəssisələr yaradılır. Mənim Sərəncamımla Qarabağ Universiteti yaradılmışdır. Orada mindən çox tələbə oxuyur. Orta məktəblər, tibb məntəqələri inşa olunur. Yəni, həyat üçün nə lazımdırsa, hər şeyi edirik, həm şəhərləri, həm də kəndləri bərpa edirik”. Dövlətimizin başçısı onu da vurğulayıb ki, “Ballıca kəndinin də bərpası artıq son mərhələdədir. Mənə verilən məlumata görə, 137 ev artıq bərpa edilib və 60-a yaxın ev hələ bərpa olunacaq. Ballıcada artıq 460 keçmiş köçkün yerləşib. Evləri bərpa etmişik, kənd təsərrüfatı ilə məşğul olmaq üçün imkanlar yaxşıdır, torpaq münbitdir, hava da təmizdir. Bütün Qarabağ bölgəsi, Şərqi Zəngəzur bölgəsi dirçəlir və hər gün biz bunu əyani şəkildə görürük”. Ballıca kəndi bərpa etdiyimiz və keçmiş köçkünlərin qayıtdığı 10-cu yaşayış məntəqəsidir. Yəni, bu, Böyük Qayıdış Proqramının birinci mərhələsinə aiddir. Artıq burada, yenə də deyirəm, 500-ə yaxın insan yaşayır. Həm o vaxt bu bölgədə yaşayan vətəndaşlar, eyni zamanda, onların uşaqları, nəvələri, nəticələri qayıdıblar. Bu, bir daha onu göstərir ki, xalqımız öz torpağına nə qədər bağlıdır. Bu gün bölgəni, bu yerləri görməyən balaca uşaqlar, yaxud da ki, gənc insanlar həvəslə qayıdırlar, işləyirlər, qururlar, yaradırlar. Öz torpaqlarına qayıdan keçmiş köçkünlərlə çoxsaylı görüşlər əsnasında həmişə gənclərdən soruşuram ki, siz darıxmırsınız burada? Deyirlər, yox, darıxmırıq. Çünki doğma Vətən, doğma torpaq bizi çəkir və bu, bir daha xalqımızın nə qədər yüksək mənəvi keyfiyyətlərə malik olduğunu göstərir-Prezident İlham Əliyev deyib. Cənab Prezident yurda, dogma ocaqlarına qovuşduqları üçün yerli əhalini təbrik edib. Bir daha bildirib; artıq iki aydır ki, siz burada mərhələli yollarla məskunlaşırsınız, dekabrın 13-dən başlayaraq bu günə qədər. Hələ ki, proses davam edir. Hələ bərpa ediləsi evlər var, onları da bərpa edəcəyik. Burada insanlar rahat, təhlükəsiz və xoşbəxt yaşamalıdırlar. Bunun üçün Azərbaycan dövləti bundan sonra da hər şeyi edəcəkdir. Bir daha sizi təbrik edirəm. Qısa müddət ərzində Azərbaycan işğaldan azad edilən bölgələrdə çox böyük quruculuq işləri görüb və bu iş sürətlə davam etdirilir-deyə E. Süleymanov fikrini yekunlaşdırıb.
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər