Erməni cinayətlərinin dəhşətli statistikası
Tarix: 24-02-2025 | Saat: 10:29
Bölmə:Özəl | çapa göndər

1988-ci ildən başlayaraq Dağlıq Qarabağda qanunsuz fəaliyyət göstərən erməni silahlı birləşmələri və Ermənistan Respublikasının Silahlı Qüvvələri tərəfindən Azərbaycan Respublikasının işğal olunmuş ərazilərində yaşayan əhalinin qanuni yerləşdiyi yerlərdən məcburi hərəkətlərlə didərgin salınması, yaşayış məntəqələrində və dövlət obyektlərində maddi sərvətlərin, mədəniyyət abidələrinin talanması və dağıdılması, azərbaycanlı əsir və girovlara dəhşətli işgəncələr verilməsi, Beynəlxalq humanitar hüquqla mühafizə olunan mülki və digər şəxslərlə amansız rəftar etmə, azərbaycanlıları milli bir qrup kimi bütövlükdə və ya qismən məhv etmək məqsədilə soyqırım, deportasiya, işgəncə və s. sülh və insanlıq əleyhinə cinayətlər, habelə qəsdən adam öldürmə, təxribat, terrorizm və başqa xüsusilə ağır cinayət hadisələri törədilmişdir.
Ermənistan Respublikasının bir qrup silahlıları tərəfindən 24 mart 1990-cı il tarixdə Qazax rayonunun Bağanis-Ayrım kəndinə, 1991 -ci il dekabr ayının 14-dən 15-nə keçən gecə Əsgəran rayonunun Cəmilli kəndinə, 22 dekabr 1991 -ci il tarixdə Əsgəran rayonunun Meşəli kəndinə, 11 fevral 1992-ci il tarixdə Şuşa rayonunun Malıbəyli və Quşçular kəndlərinə, 1992-ci ilin fevral ayının 14-nə kimi Xocavənd rayonunun Qaradağlı kəndinə silahlı basqın zamanı yüzlərlə sakinlər öldürülmüş, müxtəlif dərəcəli bədən xəsarətləri almış, kəndləri işğal edərkən fərdi yaşayış evləri, mədəniyyət evləri, kitabxana binaları, məktəb binaları, xəstəxana binaları, tarixi abidələr, digər dövlət obyektləri, habelə hektarlarla meşə zolaqları yandırılaraq, dövlətə və əhaliyə maddi ziyan vurulmuşdur.
Xocavənd rayonunun Tuğ kəndində 1989-cu ildən başlayaraq 1991-ci ilə kimi erməni silahlı dəstələri tərəfindən edilmiş mütəmadi hücumlar və basqınlar nəticəsində 1000-dən artıq azərbaycanlı əhali qanuni yaşadıqları yerlərdən məcburi köçürülməyə məruz qalmış və yaşayış binaları, dövlət obyektləri, təhsil ocaqları və s. məntəqələr yandırılaraq məhv edilmişdir.
Xocavənd rayonunun Xocavənd kəndində 1989-cu ilin noyabr ayından başlayaraq 1991-ci ilin oktyabr ayına kimi erməni silahlı dəstələri tərəfindən 243 ailə zorla deportasiya edilərək, dövlət obyektləri, binalar, yaşayış evləri yandırılmışdır.
25 fevral 1992-ci il tarixdə 366-cı motoatıcı alayın şəxsi heyəti və hərbi texnikası ilə birgə Xocalı şəhərinə hücuma keçmiş, nəticədə Xocalı sakini olan 613 nəfər, o cümlədən 63 uşaq, 106 qadın işgəncə ilə öldürülmüş, 8 ailə bütünlüklə məhv olunmuş və 487 nəfər şikəst edilmişdir. 1275 sakin-qocalar, uşaqlar, qadınlar girov götürülmüş, onlardan 150 nəfərin, o cümlədən 68 qadının və 26 uşağın taleyi bu günədək məlum deyildir.
Xocalıda törətdikləri soyqırımı bütün insanlığa və bəşəriyyətə qarşı yönəldilmiş ən ağır cinayətlərdən biri kimi qiymətləndirilir. Dünya tarixində Xocalı faciəsi tarixi yaddaşlardan heç vaxt silinməyən Xatın, Xirosima, Naqasaki, Sonqmi, Ruanda, Srebrenitsa və Xolokost kimi dəhşətli faciələrdən heç də geri qalmır. Adıçəkilən hadisələr müharibələr tarixinə dinc əhalinin soyqırımı olaraq daxil olmuş və bütün dünyada geniş əks-səda doğurmuşdur.
12 mart 1992-ci il tarixdə Ağdərə rayonunun Sırxavənd kəndinə edilən hücum nəticəsində 12 nəfər ölmüş, 2 nəfər yaralanmış, kəndin 1150 nəfər azərbaycanlı əhalisi evlərini tərk edib çıxaraq öz yaşadıqları torpaqlardan məcburən didərgin salınmışdır.
12 mart 1992-ci il tarixdə saat 23 radələrində Ağdərə rayonunun Başgüneypəyə kəndinə silahlı basqın etmələri nəticəsində, həmin kənd sakinlərindən 17 nəfəri qətlə yetirilmiş, 4 nəfər xəsarət almış, kəndin 120 ailədən ibarət 599 nəfər dinc sakinləri öz doğma yerlərindən məcburi qovulmuş, onların evləri yandırılıb əmlakları dağıdılmaqla talan edilmişdir.
Mono-etnik dövlət yaratmağa nail olan Ermənistan silahlı qüvvələri ona himayədarlıq edən dövlətlərin köməyindən istifadə edərək Dağlıq Qarabağ bölgəsinin (4,4 min kvadratkilometr) hüdudlarından kənarda yerləşən və onun ərazisindən 4 dəfə böyük olan Laçın, Kəlbəcər, Ağdam, Füzuli, Cəbrayıl, Qubadlı və Zəngilan bölgələrini, eləcə də Dağlıq Qarabağ regionundan uzaqda, Ermənistanla sərhəddə yerləşən Qazax rayonunun yeddi kəndini və Naxçıvanın Kərki kəndini işğal etdi. Azərbaycanın işğal olunmuş ərazilərindən 1 milyondan çox azərbaycanlının öz torpağında qaçqın vəziyyətinə düşməsinə gətirib çıxardı.
İşğal nəticəsində 900-ə yaxın yaşayış məntəqəsi, 22 muzey və 4 rəsm qalereyası, tarixi əhəmiyyəti olan 9 saray, nadir tarixi əhəmiyyətli 40 min muzey sərvəti və eksponatı, 44 məbəd və 9 məscid dağıdılmış, talan edilmiş və yandırılmışdır. Bundan əlavə, 927 kitabxanada 4,6 milyon kitab və qiymətli tarixi əlyazmalar məhv edilmişdir. Eyni zamanda, dövlət terrorizmi və soyqırımı siyasəti yeridən Ermənistan və işğal olunmuş ərazilərdəki separatçı rejim tərəfindən ümumilikdə, müxtəlif səpkili (sərnişin avtobuslarında, sərnişin və yük qatarlarında, Bakı Metropolitenində, hava nəqliyyatında, sərnişin daşıyan dəniz bərəsində, yaşayış məntəqələrində, mülki və dövlət obyektlərində) 373 terror aktı törədilmişdir ki, nəticədə 1200 nəfər həlak olmuş, 1705 nəfər yaralanmışdır.
1988-1994-cü illərdə Ermənistanın hərbi təcavüzü nəticəsində 20000 nəfərdən çox azərbaycanlı həlak olmuş, 100000 nəfərdən çoxu yaralanmış, 50000 nəfər isə müxtəlif dərəcəli xəsarət alaraq əlil olmuşdur. Münaqişə dövründə 4853 nəfər itkin düşmüş, onlardan 1357 nəfəri əsirlikdən azad edilmiş, 783 nəfəri isə hələ də Ermənistanda əsirlikdədir. Beynəlxalq Qırmızı Xaç Komitəsinin məlumatına görə, 439 nəfər əsirlikdə öldürülmüşdür.
Şamo Qasımov
Yeni Azərbaycan Partiyası Laçın rayon təşkilatının sədr müavini
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər