Mobil versiya
Professor Nizaməddin Şəmsizadə vəfat etdi
Tarix: 24-02-2025 | Saat: 08:53
Bölmə:Karusel / Ölkə | çapa göndər

Professor Nizaməddin Şəmsizadə vəfat etdi

Professor Nizaməddin Şəmsizadə vəfat edib.

aia.az xəbər verir ki, bu barədə Publika.az-a onun qızı Ayfər Nizaməddinqızı məlumat verib.

Xatırladaq ki, Nizaməddin Şəmsizadə komaya düşmüşdü. O, 40 gün xəstəxanada süni tənəffüs aparatına qoşulu vəziyyətdə qalıb.

Qeyd edək ki, Nizaməddin Şəmsizadə 1954-cü ildə Qubanın İspik kəndində anadan olub. O, 10-dan çox monoqrafıyanın, bir sıra hekayə, şeir və esselər kitablarının, 250-dən çox ədəbi-tənqidi, elmi-nəzəri və fəlsəfi-publisistik məqalənin müəllifidir. Prezident İlham Əliyevin Sərəncamı ilə Nizaməddin Şəmsizadə Dövlət Mükafatına layiq görüb. 2019-cu ildə Bakı Dövlət Universitetinin 100 illiyi münasibətilə və Azərbaycanda təhsilin və elmin inkişafındakı xidmətlərinə görə “Əməkdar elm xadimi” fəxri adı ilə təltif edilib.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
24-02-2025