Dövlət Duması xaricə qaçan rusların mühakimə olunması haqqında qanunu yekunlaşdıracaq
Tarix: 10-02-2025 | Saat: 20:11
Bölmə:Özəl | çapa göndər
![Dövlət Duması xaricə qaçan rusların mühakimə olunması haqqında qanunu yekunlaşdıracaq](/uploads/posts/2025-02/0ec611c86ebee3e8ef6375a03497751f.webp)
Dövlət Dumasının Təhlükəsizlik Komitəsi xaricə qaçan cinayətkarların cinayət məsuliyyətinə cəlb edilməsi haqqında qanun layihəsini yekunlaşdıracaq və yaxın vaxtlarda yenidən Dövlət Dumasına təqdim edəcək. Bu barədə RİA Novosti-yə komitənin rəhbəri və təşəbbüsün müəlliflərindən biri Vasili Piskarev bildirib.Onun sözlərinə görə, düzəlişlər texniki xarakter daşıyır.
“Eyni zamanda, onun konsepsiyası dəyişməyəcək. Qanun layihəsi tezliklə yenidən baxılmaq üçün Dövlət Dumasına təqdim olunacaq”, - Piskarev əlavə edib.
Yada salaq ki, sənəd Dövlət Dumasına 2024-cü il avqustun əvvəlində təqdim edilib. Onun müəllifləri Cinayət-Prosessual Məcəlləsinin 458-ci maddəsinə dəyişiklik etməyi və Baş Prokurorluğa cinayət törətmiş və cəzadan yayınmaq üçün xaricə qaçmış Rusiya vətəndaşlarının məsuliyyətə cəlb edilməsi üçün materialların xarici ölkələrə göndərilməsi hüququnun verilməsini təklif edirlər.
aia.az
Tərcümə şöbəsi
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
10-02-2025