Dəniz Əsədova barəsində yenidən axtarış elan olundu
Tarix: 10-02-2025 | Saat: 18:00
Bölmə:Şou-biznes | çapa göndər
![Dəniz Əsədova barəsində yenidən axtarış elan olundu](https://bakivaxti.az/uploads/img/posts/2025/02/10/5002c478-2df7-362d-885d-458bc6665934_850jpg-1739192576.jpg)
Müğənni Dəniz Əsədova barəsində Binəqədi Rayon Məhkəməsinin qərarı ilə yenidən axtarış elan olunub.
aia.az Report-a istinadən xəbər verir ki, müğənni təqsirləndirilən şəxs olduğu cinayət işi üzrə bu gün saat 15:30-a təyin edilmiş məhkəmə iclasında iştirak etməyib və məhkəmədən yayınıb.
D.Əsədovanın məhkəmədən yayınmasına görə onun barəsində axtarış elan edilməsi ilə bağlı vəkil Asim Abbasovun vəsatəti təmin edilib, məhkəmənin qərarı ilə onun barəsində axtarış verilib.
Qeyd edək ki, bundan əvvəl də Binəqədi Rayon Məhkəməsinin qərarı ilə Dəniz Əsədova barəsində axtarış elan edilib.
Məlumata görə, D.Əsədova daha əvvəl də Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) və vətəndaşlara böhtan atdığı üçün digər maddələrlə məhkum edilib.
Hazırda Binəqədi Rayon Məhkəməsinin icraatında Dəniz Əsədovanın təqsirləndirlən şəxs olduğu dörd ayrı-ayrı cinayət işi var.
aia.az
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
10-02-2025