Fərid Mustafayev: “Azərbaycanda yerli özünüidarəetmənin yaradılması prosesi Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü ilə başlanıb”
Tarix: 10-02-2025 | Saat: 11:30
Bölmə:Karusel / Gündəm / Özəl | çapa göndər
![Fərid Mustafayev: “Azərbaycanda yerli özünüidarəetmənin yaradılması prosesi Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü ilə başlanıb”](/uploads/posts/2025-02/img_20250210_112455.jpg)
2025-ci il yanvarın 29-da Azərbaycan xalqı daha bir tarixi ilkə imza atdı. Həmin gün ölkəmizin ərazi bütövlüyü və suverenliyi tam bərpa olunduqdan sonra ilk dəfə bələdiyyə seçkiləri keçirildi. Bu tarixi nailiyyət bir daha Azərbaycanın dinamik inkişaf yolunda inamla irəlilədiyini bütün dünyaya nümayiş etdirdi. Mövzu ilə bağlı aia.az-ın suallarını YAP Yasamal rayon Elm və Təhsil Nazirliyinin Torpaqşünaslıq və Aqrokimya İnstitutu üzrə ərazi partiya təşkilatının sədr müavini Fərid Mustafayev cavablandırıb.
- Xoş gördük Sizi Fərid müəllim. Fərid müəllim, bilirik ki, Siz yanvarın 19-da keçirilmiş bələdiyyə seçkilərində 16 saylı Yasamal ikinci seçki dairəsinin 39 saylı seçki məntəqəsinin sədri olmusunuz. Əlbəttə ki, bu seçkilərin gedişi və nəticələri barədə rəyiniz, fikirləriniz bizim üçün çox maraqlıdır və biz bu barədə mütləq danışacağıq. Amma istərdim ki, ilk növbədə ümumiyyətlə Azərbaycanda yerli idarəetmə orqanlarının işinin təşkili barədə bir qədər məlumat verəsiniz.
- Məlumdur ki, Azərbaycanda demokratik hüquqi dövlətin möhkəm təməlini qoyan Ulu Öndər Heydər Əliyev azad cəmiyyətin əsasını təşkil edən yerli özünüidarəetmənin də banisidir. Ölkəmiz üçün ən gənc təsisat olan yerli özünüidarəetmənin yaradılması prosesi məhz Ümummilli Liderin müəllifi olduğu Konstitusiyamızda bələdiyyələrin təşkilinin və fəaliyyətinin əsas prinsiplərinin təsbit edilməsi ilə başlanıb. Ulu Öndər Heydər Əliyev dövlət və cəmiyyətin idarə olunmasında bələdiyyələrin rolunu yüksək qiymətləndirərək qeyd edirdi: “Bələdiyyələrin fəaliyyəti cəmiyyətimiz üçün, dövlətimiz üçün və hər bir vətəndaş üçün vacibdir”. Yerli özünüidarəetmə sisteminin formalaşdırılması prosesi Azərbaycanda demokratik inkişafın əyani nümunəsidir. Hüquqi dövlət və vətəndaş cəmiyyətinin qurulması, dövlət və cəmiyyətin idarə olunmasının səmərəliliyinin artırılması istiqamətində atılan addımlar bələdiyyələrin fəaliyyətində öz ifadəsini tapmaqla yanaşı, respublikamızda yerli idarəetmə orqanlarının işinin təşkilinə mühüm töhfə verir. Heydər Əliyev ideyalarından qaynaqlanan bələdiyyə institutu bu gün ölkəmizdə təkmilləşir, formalaşır, Azərbaycanın ictimai-siyasi və sosial-iqtisadi həyatında öz mövqeyini durmadan möhkəmləndirir.
- Bildiyimiz kimi yanvarın 29-da keçirilmiş bələdiyyə seçkiləri sayca 6-cı idi. Bu baxımdan ölkəmizdə bələdiyyə seçkilərinin tarixi barədə nə deyə bilərsiz?
- Azərbaycanda yerli özünüidarəetmə orqanlarına ilk seçkilər 1999-cu ildə keçirilib. İlk bələdiyyə seçkilərinə hazırlıq dövründə püşkatma yolu ilə 74 ərazi seçki komissiyası və 4683 məntəqə seçki komissiyası yaradılıb, bunlarında tərkibində ümumən 90 min nəfərdən artıq vətəndaş seçkinin təşkili ilə məşğul olub. Həmçinin seçkilərdə 43 min nəfərdən çox vətəndaş bələdiyyə üzvlüyünə namizəd olmaq üçün müraciət edib. Müraciət edənlərin təqribən 51 faizi bitərəf, 49 faizi isə siyasi partiyaların üzvləri olmuşdur. Seçki günü respublika üzrə seçki siyahılarına daxil olmuş 4 milyon 312 min 265 nəfər seçicinin 52,6 faizi səsvermədə iştirak edib. Səsvermənin nəticəsi olaraq 20456 nəfər bələdiyyə üzvü seçilib. 51 şəhər, 8 şəhərdə rayon, 123 qəsəbə və 2409 kənd bələdiyyəsi seçilib. Növbəti seçkilər 2004-cü, 2009-cu, 2014-cü və 2019-cu illərdə baş tutub. Qeyd edim ki, 2019-cu il seçkilərində iştirak üçün 41463 namizəd qeydiyyatdan keçmiş, rəsmi olaraq isə 13 partiya iştirak qərarı almışdı. İlkin nəticələrə əsasən seçilmiş bələdiyyə üzvlərindən 5882 nəfəri qadın, 9272 nəfəri isə kişi olub. Maraqlıdır ki, bu, Azərbaycan tarixində qadınların bələdiyyə təmsilçiliyində rekord göstəricidir.
- Fərid müəllim, bu bələdiyyə seçkilərinin Vətən müharibəsindən sonra yerli özünüidarəetmə orqanlarına keçirilmiş ilk seçki olması ilə bağlı kəsb etdiyi əhəmiyyətini necə qiymətləndirirsiniz?
- Biz hamımız 2024-cü ilin fevral ayında ölkəmizdə keçirilmiş Prezident seçkilərində yaşadığımız sevinc və qürur hissini yaxşı xatırlayırıq. Azərbaycan öz dövlət müstəqilliyini 1991-ci ildə bərpa etdikdən sonra Prezident seçkiləri ilk dəfə olaraq ölkənin istisnasız bütün suveren ərazisində, o cümlədən Qarabağ və Şərqi Zəngəzurda keçirildi. Həmin tarixi hadisədən cəmi yarım il sonra xalqımız bu möhtəşəm hissləri yenidən yaşamaq imkanı əldə etdi. Cənab Prezident İlham Əliyevin müvafiq Sərəncamına əsasən 2024-cü ilin sentyabr ayında ölkəmizdə Milli Məclisə növbədənkənar seçkilər keçirildi. Nəhayət bu ilin yanvar ayının 29-da bələdiyyə seçkiləri də ərazi bütövlüyü və suverenliyi tam bərpa olunduqdan sonra ölkəmizdə ilk dəfə keçirildi. Sözsüz ki, bu seçkilər artıq öz dədə-baba yurdlarında səs verən keçmiş köçkün vətəndaşlarımız üçün ikiqat önəm kəsb etmiş oldu. Çünki onların səsvermə hüquqlarının bərpa olunması reallığı bir daha öz təsdiqini tapmış oldu.
- Söhbətimizin əvvəlində də qeyd etdiyim kimi, yanvarın 29-da keçirilmiş bələdiyyə seçkilərinin gedişi və nəticələri barədə rəyiniz, fikirləriniz bizim üçün çox maraqlıdır və istərdim ki, oxucularımıza bu barədə bir qədər ətraflı məlumat verəsiniz.
- Dediyiniz kimi, mən özüm 16 saylı Yasamal ikinci seçki dairəsinin 39 saylı seçki məntəqəsinin sədriyəm. Deyə bilərəm ki, bu seçkilərdə Yasamal rayonu üzrə ümumilikdə 37 vətəndaş öz namizədliyini irəli sürmüşdü. O cümlədən Yeni Azərbaycan Partiyası tərəfindən 19 nəfərin namizədliyi irəli sürülmüşdü. Mən bütün məsuliyyətimlə deyə bilərəm ki, bələdiyyə seçkiləri tam şəffaf, ədalətli şəkildə və əlbəttə ki, qanunla müəyyən edilmiş prosedur qaydalarına, Azərbaycan Respublikasının Seçki Məcəlləsinə uyğun şəkildə həyata keçirildi. Əminliklə deyə bilərəm ki, ötən seçkilərdə olduğu kimi, yanvarın 29-da keçirilən bələdiyyə seçkilərində də ölkə üzrə bütün seçki dairələrində şəffaflığın, demokratik prinsiplərin təmin olunması üçün bütün zəruri addımlar atılmışdı.
- Yəqin ki, uzun illərin seçki təcrübəsi də son bələdiyyə seçkilərinin yüksək səviyyədə keçirilməsində öz sözünü deyib...
- Tamamilə sizinlə razıyam. Azərbaycan son 30 il ərzində böyük və çox qiymətli seçki təcrübəsi əldə edib. Bir tərəfədən demokratik ölkələrin təcrübəsindən yararlanaraq, digər tərəfdən də milli dəyərlər nəzərə alınaraq Azərbaycan özünün milli seçki sistemini formalaşdırıb. Bu sistem ötən illər ərzində ölkənin ümumi inkişafına əlbəttə ki, mühüm töhfələr verib. Etiraf olunmalıdır ki, Azərbaycanda keçirilən hər növbəti seçki əvvəlkindən daha təkmil, daha keyfiyyətli şəkildə təşkil olunub. Hər bir seçkinin keyfiyyətcə dəyərləndirilməsi ilk növbədə bu prosesin gedişində demokratiya, ədalət və şəffaflıq prinsiplərinə nə dərəcədə yer verildiyinin müəyyənləşdirilməsi ilə həyata keçirilir. Məhz bu mənada da Azərbaycanın seçki təcrübəsi ildən-ilə müasirləşib və zənginləşib. Bu gün Azərbaycanın seçki təcrübəsi bir çox ölkələr tərəfindən öyrənilir. Ölkəmizdə keçirilən hər növbəti seçki isə Azərbaycanın qüdrətinin daha bir nümayişi olur.
- Fərid müəllim, ətraflı müsahibənizə görə Sizə təşəkkür edirəm. Sağ olun.
- Mən də sizə təşəkkür edirəm, sağ olun.
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

![](/uploads/posts/2025-02/img-20250210-wa0003.jpg)

![](/uploads/posts/2025-02/img-20250210-wa0004.jpg)

![](/uploads/posts/2025-02/img-20250210-wa0000.jpg)
- Söhbətimizin əvvəlində də qeyd etdiyim kimi, yanvarın 29-da keçirilmiş bələdiyyə seçkilərinin gedişi və nəticələri barədə rəyiniz, fikirləriniz bizim üçün çox maraqlıdır və istərdim ki, oxucularımıza bu barədə bir qədər ətraflı məlumat verəsiniz.
- Dediyiniz kimi, mən özüm 16 saylı Yasamal ikinci seçki dairəsinin 39 saylı seçki məntəqəsinin sədriyəm. Deyə bilərəm ki, bu seçkilərdə Yasamal rayonu üzrə ümumilikdə 37 vətəndaş öz namizədliyini irəli sürmüşdü. O cümlədən Yeni Azərbaycan Partiyası tərəfindən 19 nəfərin namizədliyi irəli sürülmüşdü. Mən bütün məsuliyyətimlə deyə bilərəm ki, bələdiyyə seçkiləri tam şəffaf, ədalətli şəkildə və əlbəttə ki, qanunla müəyyən edilmiş prosedur qaydalarına, Azərbaycan Respublikasının Seçki Məcəlləsinə uyğun şəkildə həyata keçirildi. Əminliklə deyə bilərəm ki, ötən seçkilərdə olduğu kimi, yanvarın 29-da keçirilən bələdiyyə seçkilərində də ölkə üzrə bütün seçki dairələrində şəffaflığın, demokratik prinsiplərin təmin olunması üçün bütün zəruri addımlar atılmışdı.
![](/uploads/posts/2025-02/img-20250210-wa0007.jpg)
- Yəqin ki, uzun illərin seçki təcrübəsi də son bələdiyyə seçkilərinin yüksək səviyyədə keçirilməsində öz sözünü deyib...
- Tamamilə sizinlə razıyam. Azərbaycan son 30 il ərzində böyük və çox qiymətli seçki təcrübəsi əldə edib. Bir tərəfədən demokratik ölkələrin təcrübəsindən yararlanaraq, digər tərəfdən də milli dəyərlər nəzərə alınaraq Azərbaycan özünün milli seçki sistemini formalaşdırıb. Bu sistem ötən illər ərzində ölkənin ümumi inkişafına əlbəttə ki, mühüm töhfələr verib. Etiraf olunmalıdır ki, Azərbaycanda keçirilən hər növbəti seçki əvvəlkindən daha təkmil, daha keyfiyyətli şəkildə təşkil olunub. Hər bir seçkinin keyfiyyətcə dəyərləndirilməsi ilk növbədə bu prosesin gedişində demokratiya, ədalət və şəffaflıq prinsiplərinə nə dərəcədə yer verildiyinin müəyyənləşdirilməsi ilə həyata keçirilir. Məhz bu mənada da Azərbaycanın seçki təcrübəsi ildən-ilə müasirləşib və zənginləşib. Bu gün Azərbaycanın seçki təcrübəsi bir çox ölkələr tərəfindən öyrənilir. Ölkəmizdə keçirilən hər növbəti seçki isə Azərbaycanın qüdrətinin daha bir nümayişi olur.
![](/uploads/posts/2025-02/img-20250210-wa0006.jpg)
- Fərid müəllim, ətraflı müsahibənizə görə Sizə təşəkkür edirəm. Sağ olun.
- Mən də sizə təşəkkür edirəm, sağ olun.
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Xəbəri paylaş
Digər xəbərlər
10-02-2025