Mobil versiya
Pensiyaçılara şad xəbər - Yeni artımlarla ödəniş başlanılır
Tarix: 10-02-2025 | Saat: 14:48
Bölmə:Manşet / İqtisadiyyat | çapa göndər

Pensiyaçılara şad xəbər -

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondu sabah - fevralın 11-də fevral ayı üzrə pensiyaların ödənişinə başlayacaq.

aia.az xəbər verir ki, bu barədə məlumatı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yayıb.

Bildirilib ki, həmin gün Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonu üzrə pensiyaların ödənişi həyata keçiriləcək.

Respublikamızın digər bölgələri üzrə, habelə güzəştli şərtlərlə pensiya hüququna malik şəxslərin pensiyaları da bu ay qrafik üzrə ödəniləcək.

1 yanvar 2025-ci ilədək təyin edilmiş bütün növ pensiyaların ilin əvvəlindən 8,1 faiz indeksləşdirilərək artırılması və fevralın 1-dən minimum pensiyanın artırılaraq 280 manatdan 320 manata çatdırılması təmin edilib.

Fevral ayının pensiyaları da qeyd edilən artımlarla birgə ödəniləcək. Həmçinin indeksləşdirmə üzrə yanvar ayının artımı fevral ayının pensiyasına əlavə olunacaq.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
10-02-2025