Mobil versiya
Azər Kərimli Zaqatala rayon Heydər Əliyev Mərkəzində seçicilərin növbəti qəbulunu keçirib -Fotolar
Tarix: 07-02-2025 | Saat: 17:00
Bölmə:Ölkə | çapa göndər

Azər Kərimli Zaqatala rayon Heydər Əliyev Mərkəzində seçicilərin növbəti  qəbulunu keçirib

Fevral ayının 7-də Milli Məclisin deputatı Azər Kərimli Zaqatala rayonunda növbəti dəfə vətəndaşları qəbul edib.

aia.az xəbər verir ki, görüş Zaqatala rayon Heydər Əliyev Mərkəzində baş tutub. Rayon sakinləri millət vəkilinə həm fərdi şəkildə, həm də ümumi məsələlərlə bağlı müraciət ediblər. Qəbul zamanı Azər Kərimli vətəndaşlar tərəfindən qaldırılan məsələləri qeydə alaraq onların həlli məqsədilə müvafiq tədbirlərin görüləcəyini bildirib.

Deputat Azər Kərimlinin fevralın 7-də keçirdiyi qəbulda iştirak edən sakinlər və rayon ictimaiyyətinin nümayəndələri onlara və ümumilikdə Zakatala rayonunun inkişafına göstərilən diqqət və qayğıya görə Ölkə Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya səmimi minnətdarlıqlarını bildiriblər.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
07-02-2025