Yaşlı insanlar inciməsinlər, öz yerlərini tədricən gənclərə verməlidirlər - Asif Əsgərovla MÜSAHİBƏ
Tarix: 07-02-2025 | Saat: 12:12
Bölmə:Manşet / Siyasət | çapa göndər
![Yaşlı insanlar inciməsinlər, öz yerlərini tədricən gənclərə verməlidirlər -](/uploads/posts/2025-02/1738916427207.jpg)
Asif Əsgərov: “Mən insanlardan heç vaxt qaçmamışam”
“Adamların sosial vəziyyəti normallaşır ki, xaricdən çoxlu maşın alıb gətirirlər”
112 saylı Zaqatala seçki dairəsinin Milli Məclisdəki deputatı, gənclər və idman nazirininin keçmiş müavini, üç rayonda icra başçısı işləmiş Asif Əsgərov Modern.az saytının redaksiyasında əməkdaşlarımıza geniş müsahibə verib.
- Asif müəllim, 6 il nazir müavini, 18 il icra başçısı kimi fəaliyyət göstərmisiniz, indi də parlamentdə təmsil olunursunuz. Siyasi faəliyyətinizin ən çətin dövrü sizcə hansıdır?
- Gənclər və İdman Nazirliyində və 3 İcra Hakimiyyətində faəliyyət göstərmişəm. Onlar hamısı mənim üçün çox məsuliyyətli olub. Mənə göstərilən etimada və təyinatıma görə hər zaman Ulu öndərimizə və cənab Prezidentimizə öz minnətdarlığımı bildirmişəm. İstər nazirlik, istərsə də İcra Hakimiyyəti olsun - fəaliyyət elədir ki, insanlarla ünsiyyət qurursan. Mən daim insanlarla birbaşa təmasda olmuşam.
Mən Zaqatalada 3 ildən artıq İcra Hakimiyyətinin başçısı olaraq işlədim. Orada da daim insanlarla təmasda oldum. Bu gün Azərbaycan xalqı öz qəhrəmanlığı, əldə etdiyi nailiyyətlərlə fəxr edir. Son 44 günlük müharibədə erməni vəhşiləri tərəfindən işğal olunmuş torpaqlarımızın azad edilməsi isə deyərdim ki, tamamilə başqa bir xoşbəxtlikdir.
Zaqataladan sonra da Səbail və Nəsimi rayonlarında icra başçısı vəzifəsində çalışmışam. Hər zaman insanlarla sıx üsniyyətdə olmuşam. Həmişə çalışmışam ki, qarşıma qoyulan məqsəd və vəzifələrə nail olum. Çalışmışam ki, cənab Prezidentimiz, xalqımız, mənə inanan insanlar üzərimə düşən məqsəd və vəzifələri yerinə yetirəndə buna şahid olsun. Düşünürəm ki, insanlardan qaçmamaq və onların ətrafında olmaq düzgün siyasətdir.
- 112 saylı Zaqatala seçki dairəsindən deputat seçilmisiniz. Necə oldu ki, icra başçısı postunu deputatlığa dəyişdiniz?
- Bu da mənim fəaliyyət sahəmin ardıcıllığıdır. Bayaq dediyim kimi, insanlarla işləmək, ünsiyyətdə olmaq çox yaxşıdır. Eyni zamanda qanunvericiliyə öz töhfəni vermək, dəstək olmaq da başqa istiqamətdir. Mənim bu sahədə çalışmaq arzum idi. Biz hər zaman Milli Məclisin deputatları ilə görüşürdük, düşünürdüm ki, bu sahədə də özümü sınayım. Yeni Azərbaycan Partiyasının (YAP) rəhbərliyinə mənim namizədliyimi dəstəklədikləri üçün təşəkkürümü bildirirəm. Namizədliyimin məhz Zaqataladan verilməsi mənim üçün sürpriz oldu. Ona görə ki, işlədiyim yerə yenidən qayıtmaq mənim arzum idi. Mən Zaqataladan 2009-cu ildə ayrılmışdım. Amma hər il Zaqatalaya gedir, bayramları orada keçirirdim.
- Bu gün Zaqatala əhalisinin ən böyük problemi nədir? Sizə gələn müraciətlər əsasən nələrlə bağlı olur?
- Zaqatala camaatı dövləti sevən insanlardır. Orada qlobal problemlər yoxdur, ümumiyyətlə, ölkəmizdə yoxdur. Müəyyən problemlər var ki, mən Milli Məclisin büdcə müzakirəsində bunu vurğulamışam. Qazlaşma ilə bağlı kiçik problem var ki, həlli istiqamətində addımlar atılır. Bununla yanaşı, bəzi yollarla və su ilə bağlı kiçik problemlər var. Bununla bağlı müvafiq qurumlara da müraciət edirik. Ölkə başçımız Azərbaycanda olan bütün problemləri görür və gecəsini gündüzünə qataraq bunların həll olunmasına çalışır və nail olur. Bu gün təəssüflər olsun ki, rayon və kəndlərimizdə olan gənclərimiz şəhərə üz tuturlar. Amma kənd həyatı çox maraqlıdır. Xüsusilə kənd təsərrüfatı, maldarlıq və əkinçilik çox vacibdir. Bu sahələr ölkəmizin ərzaq potensialının təmin olunmasında ciddi əhəmiyyət kəsb edir. Kənd yerlərində yaşayan hamı şəhərə üz tutsa, kəndlərimiz boş qalar. Zaqatalada təsərrüfata meyillilik daha çoxdur. Şəki, Zaqatala, Qax, Balakəndə istixanalar tikilir ki, bu da qış vaxtında belə təsərrüfatla məşğul olmağa imkan verir. Eyni zamanda maldarlıq da bu ərazilərdə inkişaf edir. Çox təəssüflər olsun ki, gənclərimiz ali məktəbi qurtardıqdan sonra Bakıda qalırlar. Bu gün rayonlardakı məktəblərimizdə dərs deyəcək müəllimlərə, eyni zamanda həkimlərə böyük ehtiyac var. Yenə deyirəm, bunlar xaricində böyük problemlər ümumiyyətlə, ölkəmizdə yoxdur.
- Belə fikirlər var ki, İcra hakimiyyətləri bələdiyyələrə işləməyə imkan vermir. Bu iki qurum arasındakı münasibətlər barədə nə deyə bilərsiniz?
- Mən icra başçısı işlədiyim yerlərdə bələdiyyələr çox düzgün istiqamət seçdim. Mən həmişə onlara sərbəstlik vermişəm. Bələdiyyələrdən yeganə istəyim rayonda quruculuq işlərinin aparılmasında dəstək olmaları idi. Bu gün düşünmürəm ki, haradasa qeyd etdiyiniz hal olsun. Bələdiyyələrin də problemləri var, onlarda hər şey qaydasındadır desək, bu da doğru olmaz. Hər şey yaxşı olsaydı, seçkilərdə bələdiyyələr birləşdirilməzdi. Bəzi bələdiyyələr var ki, bu gün öz aparatlarını saxlaya bilmirlər. Amma elə bələdiyyələr də var ki, öz işlərini düzgün qururlar. Məsələn, Nəsimi bələdiyyəsində sakinlərin istəklərinə uyğun olaraq bütün məsələlər həll edilir. Biz Nəsimi rayonunda bələdiyyədən ildə bir neçə abadlaşdırılmış həyətin sakinlərin istifadəsinə verilməsini xahiş edirdik. İndi seçilən heyəti deyə bilmərəm, amma əvvəlki bələdiyyənin sədri və heyəti bütün məsələlərdə çox aktiv fəaliyyət göstəriblər.
- Bəziləri ölkədə icra hakimiyyətlərinin ləğv olunacağınını iddia edirlər. Bunu ölkə Prezidentinin xüsusi nümayəndəliklərinin yaradılması ilə əlaqələndirirlər. Siz necə düşünürsünüz? Ümumiyyətlə, icra başçılarının fəaliyyəti qane edicidirmi?
- Bu birbaşa cənab Prezidentin siyasətinə daxil olan məsələdir. İcra hakimiyyətləri, nümayəndəliklər dövlətin strukturudur. Bu gün fəaliyyət göstərən hər bir istiqamətdə aktiv və zəif işləyənlər də var. İcra hakimiyyətlərində hər şeyin yaxşı, yaxud hər şeyin pis olduğunu deyə bilmərik, heç biri doğru olmaz. İcra hakimiyyətləri və nümayəndəliklər üzərinə düşən vəzifələri normal icra etməyə çalışırlar.
- 6 il gənclər, idman və turizm nazirinin müavini işləmisiniz. Hazırda da Milli Məclisin Gənclər və idman komitəsinin üzvüsünüz. Azərbaycan gənclərinin sabahı haqqında nə düşünürsünüz? Bəziləri pessimist fikirdədirlər?
- Mən deyərdim ki, bu heç də düzgün fikir deyil. Pessimist fikirləri biz 1980-ci illərin sonu, 90-cı illərin əvvəllərində qoyduq. Mən öz təcrübəmdən deyərdim ki, o zamanlarda idmançılarımız ölkəni tərk edib başqa yerlərə gedirdilər. Bizim neçə idmançımız beynəlxalq yarışlarda başqa ölkələrin bayraqları altında çıxış edib. Amma bu gün aktiv və nüfuzlu idmançılar Azərbaycan bayrağı altında çıxış etmək istəyirlər. Bu çox yaxşı haldır. İlk növbədə öz idmançılarımıza dəstək olmalıyıq.
Gənclərimizin gələcəyi daha gözəl, parlaq və uğurludur. Çünki gənclərlə çiyin-çiyinə olan ölkə başçımız və I vitse-prezidentimiz var. Onların da əsas məqsədləri sosial vəziyyətinin yaxşılaşdırılması, işsizliyin aradan qaldırılması, onların bütün sahələrdə çalışmaları üçün şərait yaradılmasıdır. Baxın, dövlət qurumlarında nə qədər gənclər çalışır. Mənə icra başçısı olanda da, indi də müraciətlər olur. Mən işlə bağlı olan müraciətlərə bir söz deyirəm: öz sahəsində yetişən mütəxəssisin kənarda qalması mümkün deyil. Həmin işçilər axtarılır, o kadrlara çox ehtiyac var. Əgər kimsə bitirdiyi sahə üzrə lazımi qədər təcrübə əldə etmirsə, kənarda qalır. Düşünürəm ki, bu özlərinin günahıdır. Rayon İcra hakimiyyətlərində nə qədər boş yerlər var. Gedib imtahan verib uğurla keçən hər kəs işə qəbul oluna bilər. Ali təhsil alanlar öz sahələrinin mütəxəssisi olmalıdırlar. Gnclərimiz üçün şərait yetəri qədərdir, ildən-ilə də artır. Ali məktəbə yüksək balla qəbul olunan tələbələrə Prezident təqaüdünün verilməsi, gənclərimizin ölkədən kənarda dövlət hesabına oxuması buna misaldır. Bu baxımdan çox işlər görülür, gənclərimizin gələcəyi millətimizin gələcəyi kimi uğurlu və gözəl olacaq.
- Amma müşahidələrə görə, son vaxtlar gənclər arasında xoşagəlməz vərdişlərə aludəçilik artır. Siz necə düşünürsünüz, narahat olmağa əsaslar varmı?
- Çox təəssüf edirəm ki, belə hallar da mövcuddur. Desək ki, belə hal yoxdur, yalan olar. Mən hər dəfə sakinlərlə, gənclərlə görüşəndə bu məsələlərlə bağlı ciddi müzakirələr aparıram. Bizim gənclərimizin bəzilərini psixotrop maddələrə qurşanmağa, bəzilərinin yanlış addımlar atmağa sövq edilirlər. Onların bundan çəkinmələri çox yaxşı olardı. Onlar özlərinin sağlamlıqlarını, gələcəklərini məhv edirlər. Ailə qururlar, qısa müddət sonra dünyaya gətirdikləri uşaqlar sağlam doğulmurlar. Bunun səbəbi gəncləri düzgün istiqamətləndirməyən meyillərdir. Hansısa gəncin dəfninə gedirsən, deyirlər ürəyi dayandı. Dərinə gedəndə öyrənirsən ki, narkotikdən, yaxud hansısa başqa zərərli vərdişdən dünyasını dəyişib. Ona görə də gənclərimiz daha dövlətcil mövqedə, daha çox özlərini düşünərək hərəkət etsinlər.
- Zaman-zaman ölkədə gənc idmançılar arasında xoşagəlməz hadisələrin olduğunu görürük. Elə bu yaxınlarda kikboksçular arasında baş verən dava-dalaş ictimaiyyətin diqqətini çəkdi. Azərbaycan Cüdo Federasiyasının I vitse-prezidenti olaraq bu hadisələri necə qiymətləndirirsiniz?
- Heç bir insan, qurum idmanı əlində alətə çevirməməlidir. Biz o vaxt bunu gördük, 1990-cı illərin əvvəllərində idmançılarımızı dövlətə qarşı çevirmişdilər. Sürət Hüseynov, Rəhim Qazıyev, İsgəndər Həmidov o vaxt OMON dəstələri yaradıb idmançılardan istifadə edirdilər. Nə qədər idmançılarımız həbs olundular, çətin vəziyyətdə qaldılar. Bu gün o idmançılarımızdan bəziləri hələ də həbsdədir. Hər bir vətəndaşın, qanun qarşısında boynu tükdən nazikdir. Hər birimiz qanunlara əməl etməliyik. İdmançılar öz güclərini qüvvələrini cinayət əməllərinə yönəldəcəklərsə, bu onlara böyük problem yaradacaq, özlərini bədbəxt edəcəklər. Ona görə də mənim onlara xahişim, tövsiyəm, məsləhətim odur ki, bundan çəkinsinlər. Bu gün Elnur Məmmədli, Hidayət Heydərov, Namiq Abdullayev, Vüqar Ələkbərov və digərləri öz nüfuzlarını, samballarını qoruya bilirlər. Kimsə öz sanbalını qoruya bilmirsə, haradasa quldurluq, cinayət törədirsə, cəzasını almalıdır. Hər kəsin boynu qanun qarşısında tükdən nazikdir.
- Bu gün fəaliyyətindən şikayət edilən nazirliklərdən biri də Gənclər və İdman Nazirliyidir...
- Gənclər və idman siyasəti göz önündə olan sahədir. Burada həmişə yekun nəticə görünür. 2024-cü ildə Olimpiya yarışlarında əldə etdiyimiz nailiyyətlər özü uğurdan xəbər verir. Bu gün nazirlik və başında duran rəhbər daha çox müasir düşüncəli istiqamətlərlə faəliyyət göstərirlər. Mən cüdo idman növü ilə məşğul oluram, “Attila” İdman Klubunda fəaliyyətimi davam etdirirəm. Mən hər gün idmançıların ətrafındayam. Deyərdim ki, Gənclər və İdman Nazirliyinin, Milli Olimpiya Komitəsinin fəaliyyətindən normal istifadə etmək lazımdır. Əgər Prezident İlham Əliyev 1997-ci ildə Milli Olimpiya Komitəsinə rəhbər gəlməsəydi, bəlkə də bu nailiyyətləri çətin əldə edərdik. O idmanın vəziyyətini gördü və idmanın, idmançıların inkişafı üçün şərait yaratdı. Çatışmazlıqlara ölkə rəhbərliyi kəskin reaksiya verir. Ona görə də haradasa çatışmazlıq olduqda, dərhal qarşısı alınır. Yerində olmayan heç vaxt o vəzifədə qala bilməz. Hər kəs yalnız dövlətin siyasəti, onun qarşısında qoyulan vəzifələrin icrası üçün çalışmalıdır. Vəzifə odur ki, sənin üzərinə qoyulan etimadı doğrultmağa çalışasan. Nazirliyin faəliyyəti idman nailiyyətlərində daha çox görünür
- Statistikaya görə gənclər əhalinin 23%-ni təşkil edir. Qeyd etdiniz ki, gənclər regionlarda qalmır. Regionlarda gənclər üçün çoxlu mərkəzlər, gənclər evləri, karyera və idman mərkəzləri var. Bu mərkəz və idarələrin çoxu orta məktəb şagirdləri ilə işləyirlər. İdman sahəsində uğurlarımız var, bəs nazirliyin gənclər sahəsindəki siyasəti barədə nə düşünürsünüz?
- Biz nazirliyin idman sahəsindəki nəticələrini görürük. Cənab Prezidentin bu sahəyə xüsusi diqqəti var. Mən sizinlə razıyam, bu gün gənclər siyasətində rayon İcra hakimiyyətlərinin üzərinə böyük məsuliyyət düşür. Eyni zamanda gənclər və idman idarələrinin üzərinə məsuliyyət düşür. Mən Zaqatalada çalışanda bir neçə idman zalının, mərkəzlərin tikilməsinə nail oldum. Gənclərin daha çox yığışdığı, müzakirə apardığı yerlər olmalıdır. Eyni zamanda gənclərin işlə təmin olunması məsələsi var. Mən Nəsimi rayonunda çalışanda çox sayda ASAN könüllüsünü işə cəlb etdik. Bu, hər yerdə olmalıdır, gənclər işə cəlb edilməlidir. Yaşlı nəsil məndən inciməsin, amma insanlar yaşa dolduqca, öz yerlərini gənclərə verməlidir. Hər kəs ömrünü bir işdə başa vuracaqsa, gənclər harada işləməlidir?! Eyni zamanda Gənclər və İdman Nazirliyi, Gənclər Fondu və digər qurumlar bu işlərdə aktiv olmalıdır. Bizim müasir, innovativ düşüncəli gənclərimiz var. COP29-un keçirilməsində gənclərimizin böyük töhfəsi oldu. Cənab Prezident də onları təşəkkürnamə ilə təltif etdi, mükafatlandırdı. Gənclər və İdman Nazirliyinin məsuliyyəti böyükdür. Onlar öz işini idman və gənclik sahəsində qurmalıdır.
Gənclərimizə yol göstərmək, kənd təsərrüfatına alışdırmaq lazımdır. Kənddə hər zaman təsərrüfatla, heyvandarlıqla məşğul olunub. Bunu gənclərimizə yerində aşılamaq lazımdır. Kəndlərdə artezan quyular qazılır, yollar çəkilir, subsidiyalar verilir. Subsidiyaların verilməsi elə-belə məsələ deyil. Hələ məhsul əkilmədən əvvəl kəndliyə subsidiya verilir. Torpaqda sən iş görürsənsə, taxıl əkirsənsə, dövlətdən subsidiya alırsan. Gənclərimiz bu sahəyə meyillənsələr yaxşı olar, bununla bağlı yerli qurumlar da iş görməlidir.
- Bir müddət əvvəl belə xəbər yayıldı ki, deputatlar seçkilərdə onları dəstəkləməyən seçicilərin şikayətlərinə baxmaqda maraqlı deyillər. Seçkilərdə sizə səs verməyən seçicilər tərəfindən sizə müracitlər daxil olubmu və necə reaksiya göstərmisiniz?
- Mən bütün seçicilərin hamısına təşəkkür edirəm. Mənim bütün insanlara qarşı böyük məhəbbətim var, amma Zaqatala camaatına qarşı ayrı məhəbbətim var. İnsanlara seçkilərə gəldikləri, səs verdikləri üçün minnətdarlığımı bildirirəm. Bu gün də orada insanlarla görüşlər keçirirəm. Kim yaxınlaşırsa, müraciətini dinləyirəm. Bizim çox səmimi münasibətimiz var. İstəsəniz bir gün sizi də dəvət edə bilərəm, bunu yerində görə bilərsiniz. Mən insanlardan heç vaxt qaçmamışam, ikili yanaşmamışam. Hər kəsin öz seçimi var, deputatlığa namizəd tək sən deyilsən, digərlərinə də dəstək olanlar var. Seçicilər arasında ayrı-seçkilik edilməməlidir.
- Uzun müddət Bakıda icra başçısı işləmisiniz. Şəhər illərdir tıxacların əsirinə çevrilib. Siz tıxaclardan qurtulmaq üçün nələr təklif edə bilərsiniz?
- Bu yaxınlarda bununla bağlı ölkə başçımız geniş müşavirə keçirdi və ciddi tapşırıqlar verdi. Eyni zamanda müvafiq sərəncam imzaladı. Həmin müşavirədə Azərbaycan Yerüstü Nəqliyayt Agentliyinin (AYNA) rəhbəri də məlumat verdi. Həm insanların, həm də nəqliyyat vasitələrinin sayının çoxalması istər-istəməz problemlər yaradır. 1990-cı illərin əvvəllərindəki yollar olsaydı, bu gün heç avtomobil idarə etmək mümkün deyildi. İqtisadiyyatın inkişafı, əldə olunan nailiyyətlər xüsusən yolların genişlənməsinə, tunellərin, yeraltı və yürüstü keçidlərin salınmasına, dairəvi yolların tikilməsinə imkan verdi. Amma bu ildən-ilə artan problemdir. Mən bir çox ölkələrdə olmuşam, elə olub ki, həmin ölkənin şəhər mərkəzində 200 metr məsafəni getmək üçün bir saat gözləməli olmuşuq. Ölkədə 750 mindən yuxarı maşın var, ildən-ilə də bu say artır
Bu sahədə problemlər var, ona görə də cənab Prezident müşavirə keçirdi. Mütəmadi olaraq əhali sayının artması, insanların sosial vəziyyətinin yaxşılaşması avtomobil sayının artmasına təsir edir. İnsanların sosial vəziyyəti normallaşır ki, insanlar daha çox maşın alırlar. Həmişə görürəm ki, ölkəyə maşınlarla dolu TIR-lar gəlir, yəni avtomobil daşınır. Gömrük Komitəsinin ölkəyə idxal edilən maşınların istehsal ili bağlı qərarı bu sayın azalmasına kömək etdi. Amma yenə də maşınlarımız çoxdur.
Eyni zamanda insanlarımız yaxşı olardı ki, ictimai nəqliyyatdan daha çox istifadə etsinlər. Yeni metrostansiyaların açılması, xəttlərin çəkilməsi, əlavə vaqonların alınması üçün qərar verildi. İşə avtomobillə gəlməkdənsə, avtobusla gəlmək daha rahatdır. Yol boşdur, avtomobillə 1 saata gəldiyin yolu, metro, yaxud avtobusla daha qısa müddətə gələ bilirsən.
- Bir sıra jurnalistlər sizi mediaya açıq olmayan deputat kimi təqdim edirlər. Bu barədə nə demək istəyərsiniz?
- Biz heç vaxt mediadan qaçmamışıq, hər zaman açıq olmuşuq. Sadəcə olaraq tanımadığımız nömrələrdən gələnzəngləri açmaqda ehtiyat edirik. Çünki ölkəmizdən kənarda Azərbaycanın uğurlarını gözü götürməyən, nailiyyətlərinə kölgə salmaq istəyən kifayət qədər qüvvələr var. Ona görə də bilmədiyimiz nömrələrdən gələn zənglərə ehtiyatla yanaşırıq. Amma media işçiləri ilə hər zaman münasibətdə, ünsiyyətdə olmuşam. Hər zaman da açıq formatda deyilən fikirlərə münasibət bildirmişəm.
- Bəs həmin zənglər seçicilər tərəfindən gəlirsə?
- Biz işimizi elə qurmuşuq ki, köməkçim bütün zənglərə cavab verir. Bütün məlumatlar verilib, istənilən şəxs köməkçimlə əlaqə saxlayıb sözünü deyə bilər. Mütəmadi olaraq da müraciətlər edilir, nəinki Zaqatalada, elə burada da bizə müraciət edirlər və müraciətlərinə baxılır. Bizə müraciət edən seçicilərlə burada da qəbul keçirir, görüşürəm. Rayonda isə hər kəs bir-birini tanıyır, köməkçimi də tanıyırlar. Kimin müraciəti olursa, köməkçimlə əlaqə saxlayır.
- Asif müəllim, iki övladınız var. Hazırda onlar hansı sahədə çalışırlar?
- Bəli iki övladım var, biri xidmətdədir, digəri Azərbaycan Dövlət Neft Şirkətində (SOCAR) çalışır. Eyni zamanda 2 də nəvəm var.
- Övladlarınız sizin yolunuzu davam etdirə bilirmi?
- Mən övladlarımın tam sərbəst düşüncə ilə yetişməsinə nail olmuşam. Hər ikisi xaricdə təhsil alıb. Onlar özləri burada oxuduqdan sonra, xarici universitetə də qəbul olunub, dövlət xətti ilə xaricdə təhsil alıblar. Buna görə dövlətimizə təşəkkürümüzü bildiririk.
Bu gün övladlarım işlərində müəyyən qədər qabaqdadırlar, aktivdirlər. Ölkəmizin gələcəyi üçün əllərindən gələni etməyə çalışırlar.
- Futbolumuz barədə nə düşünürsünüz? Məsələn, “Qarabağ” klubu sanki əvvəlki dövrlərdə daha güclü idi. Bununla bağlı Qurban Qurbanovla müzakirə etmisinizmi?
- Qurban Qurbanov çox güclü məşqçidir. Eyni zamanda xarici mütəxəssislər arasında da onun bir məşqçi kimi faəliyyəti yüksək qiymətləndirilir. “Qarabağ” klubunun əldə etdiyi nailiyyətlər bizi çox sevindirir. Ona görə ki, bizim müqəddəs torpaqlarımızı təmsil edən klubdur. Təəssüflər olsun ki, futboldakı irəliləyişimiz digər idman növlərinə adekvat deyil. Yerli idmançılara daha çox meyl etmək lazımdır. Dünən AFFA qərar verdi ki, Premyer Liqada legioner limit ləğv edilsin. Amma mən düşünürəm ki, klublarda daha çox öz idmançılarımız olsa, yaxşıdır. Vaxtilə bizim İsgəndər Cavadov, Səməd Qurbanov, Maşallah Əhmədov kimi futbolçularımız olub. İndi də mən onlarla sıx əlaqədəyəm. Bizim futbolumuz daha çox yerli idmançılar hesabına inkişaf etməlidir. Rayonlarda yaxşı idmançılar var, sadəcə, onları üzə çıxarmaq lazımdır. Xarici idmançılar da bizi təmsil edir, amma özümüzünkülər olsa, daha yaxşıdır.
- Azərbaycan kollektiv idmanda zəifdir, amma fərdi idman növlərində güclüyük. Bunun səbəbi sizcə nədir?
- Fərdi idman şəxsidir, çıxdı, yarışdı, qayıdır yerinə. Kollektiv idmanda gərək bütün komanda yaxşı oynasın. Bu oyunu düzgün qurmaq üçün də məşqçilərə böyük ehtiyac var. Bizim yığma komandamızın son oyunu biabırçı idi. Belə böyük fərqlə məğlub olmaq o deməkdir ki, sanki bizim komandanın qapıçısı olmayıb. İdmançıların, məşqçilərin qəlbinə dəymək istəmərəm, amma təəssüflər olsun ki, onlar bu gün ölkə idmanının yüksəlməsində lazımi addımları ata bilmirlər.
- Bu sahənin inkişafına mane olan faktorlardan biri kimi qohumbhazlığı göstərirlər. Siz bu barədə nə düşünürsünüz?
- 1990-cı illərdə bütün cüdo məşqçiləri xaricə getmişdi. Ölkədə çox az sayda məşqçi qalmışdı. Biz o vaxt çox çətinliklə Naxçıvandan keçərək tələbələri Türkiyəyə aparırdıq. Mən heç vaxt ancaq bizim məktəbin uşaqlarını aparmaq fikrində olmamışam. Hər zaman bütün yığma üçün çalışmışam, maliyyə tapanda da hamısı üçün tapmışam. “Atilla” klubunun yaradılması üçün çox çalışmışıq, amma bu gün ancaq həmin klubun idmançılarının çempion olmasını düşünmək düzgün deyil. Bu gün ölkənin bayrağını qaldıran hər adama dəstək olmaq lazımdır. Heç vaxt idmançını zənglə, qohumbazlıqla təyin etmək düzgün deyil. Təəssüf ki, belə şeylər olur.
- Olimpiadalarda əcnəbi idmançıların ölkəmizi təmsil etməsinə münasibətiniz necədir?
- Mən nazir müavini olan zaman yarış üçün xaricdən 2 idmançı gətirmək istədilər. Qəti icazə vermədim, bildirdim ki, həmin çəkidə öz idmançılarımız var. Qoy zəif olsunlar, öyrənsinlər, 1-2 il sonra o çəkinin favoritləri onlar olsunlar. Əgər xaricdən idmançı gətiririksə, qoy bizim ölkəmizdə yaşasınlar. Heç olmasa tatami üzərinə çıxanda digər idmançılar onlardan nəsə götürsünlər. Əvvəl elə deyildi, aereporta düşüb birbaşa yarışa gedirdilər. İndi isə burada yaşayırlar, onlar üçün şərait yaradılır.
- 10-15 il əvvəl medal qazananlar vəzifəyə gedəndən sonra idmanı unudurdular. Bu, verilən dəyəri düzgün qiymətləndirilməməsi deyilmi?
- Mən hər zaman onlara deyirəm ki, siz ulduz xəstəliyinə tutulmusunuz. Mən idmançılar tanıyıram ki, onlar bir neçə Olimpiada da çempion ola bilərdilər. Cüdo sahəsində həqiqətən peşəkarlar var, Elnur Məmmədli, Nazim Hüseynov, Hidayət Heydərovu burada misal çəkə bilərəm. Deyərdim ki, bu idmançılarımız cüdonun alimləridir. Nazim Hüseynov, Elnur Məmmədli 2 olimpiada qalib ola bilərdilər. Çox təəssüflər olsun ki, davam etmədilər.
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
07-02-2025