Mobil versiya
Bəzi ölkələrdən quşçuluq məhsullarının idxalına məhdudiyyət qoyuldu
Tarix: 07-02-2025 | Saat: 10:46
Bölmə:Ölkə | çapa göndər

Bəzi ölkələrdən quşçuluq məhsullarının idxalına məhdudiyyət qoyuldu

Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının (ÜHST) rəsmi məlumatlarına əsasən, Macarıstanın Peşt, Heveş bölgələrində, Amerika Birləşmiş Ştatlarının isə Şimali Karolina, Merilend, Florida ştatlarında yüksək patogen quş qripi xəstəliyi qeydə alınıb.

Bu barədə aia.az-a Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin İnformasiya təminatı və innovativ həllər şöbəsindən məlumat verilib.

Respublika ərazisinin həmin yoluxucu xəstəlikdən qorunması üçün qeyd olunan ərazilərdə zonalaşma prinsipi nəzərə alınmaqla, xəstəlik baş vermiş təsərrüfatdan 10 kilometr radiusda olan məsafədə yerləşən müəssisələrdən diri quş və quşçuluq məhsullarının idxalına ÜHST-nin “Quruda yaşayan heyvanların sağlamlıq Məcəlləsi”nə uyğun olaraq müvəqqəti məhdudiyyət tətbiq olunub.

Eyni zamanda, müvafiq tədbirlərin görülməsi üçün Dövlət Gömrük Komitəsinə müraciət olunub.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
07-02-2025