Mobil versiya
"İsa Qəmbər gələn kimi 6 nəfəri güllələdi" - Siyavuş Novruzov
Tarix: 03-02-2025 | Saat: 12:46
Bölmə:Parlament / Manşet | çapa göndər

"İsa Qəmbər gələn kimi 6 nəfəri güllələdi" -

"İsa Qəmbərov gələn kimi 6 nəfəri güllələmişdi. Bütün iş bitmişdi, bir o 6 nəfərin güllələnməyi qalmışdı. Heydər Əliyev gələndə humanist addım ataraq amnistiya aktı qəbul etdi. Onlarla insan azadlığa çıxdı, ailəsinə qovuşdu”.

aia.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında deputat Siyavuş Novruzov deyib.

Nəzərə çatdırıb ki, indiyə qədər 13 amnitsiya aktı, 70-dən artıq əfv sərəncamı imzalanıb.

S.Novruzov təklif edib ki, parlament Respublika Gününə qədər amnistiya aktı hazırlayıb təqdim etsin:

“Düzdür, əfvlər var, amma amnistiya daha geniş əhatəyə şamil olunur. Xüsusən də, Qarabağ müharibələrində iştirak edib, Vətən uğrunda döyüşüb, lakin sonradan hansısa səhvlər edib hazırda həbsxanada olanlar var. Belə bir qərarın qəbul edilməsi vətəndaşları sevindirəcək”.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
03-02-2025