Mobil versiya
Əziz Ələkbərli: “Erməniləri və onlara havadarlıq edənləri şok sürprizlər gözləyir”
Tarix: 16-01-2025 | Saat: 12:44
Bölmə:Manşet / Karusel / Özəl / Qərbi Azərbaycan / Siyasət | çapa göndər

Əziz Ələkbərli: “Erməniləri və onlara havadarlıq edənləri şok sürprizlər gözləyir”

“Qərbi Azərbaycan İcması özünün əsas fəaliyyət sənədi olan Qayıdış Konsepsiyasında qarşısına qoyduğu vəzifələri addım-addım həyata keçirir. Təbii ki, bu, Qərbi Azərbaycandakı mədəni irsin bərpası və qorunması istiqamətindəki işlərə də aiddir. Doğrudur, biz bununla bağlı UNESCO-nun rəhbərliyinə dəfələrlə müraciət etmişik və hətta müraciətimizin BMT-nin rəsmi sənədi kimi yayılmasına da nail olmuşuq. Amma vəzifəmizi bununla bitmiş hesab etmirik. Biz erməniləri və 30 ildən artıq onlara havadarlıq edən, Azərbaycan ərazilərinin uzun illər işğal altında saxlanmasına ikili standartlarla yanaşan Qərb dövlətlərini yaxşı tanıyırıq. Artıq bu istiqamətdəki bəzi araşdırma və monitorinqlərimizi yekunlaşdırmışıq, digər məsələlər üzərində də işimiz davam edir. Strategiyamız aydındır: dinc yolla, təhlükəsizliyimizin təmin olunması şərtilə və ləyaqətlə ata-baba yurdumuza mütləq qayıdacağıq. Bir onu deyə bilərəm ki, ermənilərin bütün vandallıqları ortaya qoyulacaq, onları da, onlara havadarlıq edənləri də şok sürprizlər gözləyir.”

Bu sözləri aia.az-a müsahibəsində millət vəkili, Qərbi Azərbaycan İcması İdarə Heyətinin sədri Əziz Ələkbərli söyləmişdir.

Millət vəkili qeyd edib ki, “Ermənistan rəhbərliyinin və erməni xalqının Qərbi Azərbaycan qaçqınlarının öz ata-baba ocaqlarına qayıdışını əngəlləyə biləcəklərini real hesab etmirəm. Əgər qarşı tərəf bizim evlərimizə, kəndlərimizə dinc yolla qayıdışımızı təmin etsələr, özlərinin regionda qalıb yaşamaq şanslarını da təmin etmiş olarlar. Ata-baba yurdumuza qayıdışımıza mane olacaq, bunun qarşısını ala biləcək bir güc yoxdur. Azərbaycanı alternativ yollar axtarmağa məcbur etməsinlər. Biz dinc yolla qayıtmaq istəyirik və mütləq qayıdacağıq.”
Bəzi supergüclərin ermənilərə havadarlıq etməsinə, onların yalan və böhtanlarına həqiqət donu geyindirməsinə yaşıl işıq yandıraraq Azərbaycana qarşı düşmən münasibət sərgiləməsinə münasibət bildirən İcma sədri deyib: “Fransa, ABŞ kimi dövlətlər 30 il ərzində Azərbaycana və xalqına qarşı edə bildikləri qədər düşmənçilik etdilər. Nəticəsi nə oldu? Azərbaycan onların bütün cəhdlərinə rəğmən öz gücü ilə suveren ərazilərini işğaldan azad etdi, üstəlik, bölgədə 200 illik erməni strategiyasını darmadağın elədi. Bu məsələdə bizə mane ola bilməyənlər bundan sonra da heç bir məsələdə mane ola bilməyəcəklər. Xüsusilə Qərbi Azərbaycana qayıdış məsələsində. Qərbi Azərbaycana qayıdış bizim bütün beynəlxalq sənədlərdə təsbit olunan təməl hüququmuzdur və bu qayıdış olacaq!"



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
16-01-2025