Mobil versiya
"Rusiya ilə birgə hərbi təlimlər planlaşdırılmır" - Erməni nazir
Tarix: 15-01-2025 | Saat: 17:45
Bölmə:Dünya | çapa göndər

"Rusiya ilə birgə hərbi təlimlər planlaşdırılmır" -

"Hazırda Ermənistan-Rusiya birgə hərbi təlimləri planlaşdırılmır".

aia.az xəbər verir ki, bu barədə Ermənistanın müdafiə naziri Suren Papikyan bu gün keçirdiyi mətbuat konfransında bildirib.

Nazir eyni zamanda qeyd edib ki, il yeni başlayıb və təlimlərin olub-olmayacağını deyə bilməz: "Bundan əlavə, bu il planlaşdırılmış müxtəlif təlimlər keçiriləcək. Onların həyata keçirilmə tarixləri yaxınlaşdıqca, müdafiə idarəsi bu təlimlərin miqyası və formatı barədə vaxtında məlumat verəcək".

KTMT ilə əməkdaşlığa gəlincə, Papikyan deyib ki, təşkilatdakı tərəfdaşlar öz münasibətini və mövqeyini dəyişməsələr də, İrəvanın nöqteyi-nəzəri legitimdir və ölkənin maraqlarından çıxış edir.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
15-01-2025