Mobil versiya
Əziz Ələkbərli: “Proseslər göstərir ki, Ermənistan rəhbərliyi həqiqəti etiraf etmək iqtidarında deyil"
Tarix: 14-01-2025 | Saat: 12:27
Bölmə:Manşet / Qərbi Azərbaycan / Özəl | çapa göndər

Əziz Ələkbərli: “Proseslər göstərir ki, Ermənistan rəhbərliyi həqiqəti etiraf etmək iqtidarında deyil"
“Biz Baş nazir Paşinyanla danışıqlar aparmaq üçün Ermənistan rəhbərliyinə bir neçə dəfə müraciət etmişik. Lakin təəssüf ki, Ermənistan rəhbərliyi indiyə qədər bizim təklifimizə cavab verməyib. Təbii ki biz onların cavab verməsini də gözləmirik, çünki proseslər göstərir ki, Ermənistan rəhbərliyi həqiqəti etiraf etmək iqtidarında deyil. Cənab Prezident İlham Əliyev bu yaxınlarda yerli televiziyalara müsahibəsində bildirdi ki, Qərbi Azərbaycan İcmasının nümayəndələrinin Ermənistan rəhbərliyi ilə danışıqlara getməsini vacib hesab etdi. Ümid edirik ki, Ermənistan rəhbərliyi bundan nəticə çıxaracaqdır.”

Bu sözləri Milli Məclisin Qərbi Azərbaycana Qayıdış Təşəbbüs Qrupunun rəhbəri, Qərbi Azərbaycan İcması İdarə heyətinin sədri Əziz Ələkbərli baku.tv-yə verdiyi müsahibəsində demişdir.

İcma sədri qeyd edib ki, “Qərbi Azərbaycan İcmasının rəhbərliyi, yaxud nümayəndələri istənilən vaxt bu danışıqlara, hətta İrəvanın özünə belə, getməyə hazırdır. Çünki o yerlər bizim ata-baba torpaqlarımızdır. Onsuz da biz o torpaqlara gedəcəyik. Çox yaxşı olardı ki, Ermənistan rəhbərliyi cənab Prezidentin tövsiyəsini eşitsin, dinləsin və Qərbi Azərbaycan İcması ilə vaxtında danışıqlara getsin. Bizim Ermənistan rəhbərliyinə dialoq üçün müraciətimiz İcma olaraq bizim xoş məramımızdan xəbər verir.”







Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
14-01-2025