Mobil versiya
Səudiyyə Ərəbistanı Krallığında İslam İnkişaf Bankı çərçivəsində əməkdaşlığın inkişafı müzakirə edilib -Foto
Tarix: 14-01-2025 | Saat: 12:06
Bölmə:İqtisadiyyat | çapa göndər

Səudiyyə Ərəbistanı Krallığında İslam İnkişaf Bankı çərçivəsində əməkdaşlığın inkişafı müzakirə edilib

İqtisadiyyat nazirinin birinci müavini Elnur Əliyev Səudiyyə Ərəbistanı Krallığına səfər çərçivəsində İslam İnkişaf Bankının prezidenti Məhəmməd Süleyman Əl-Casir və Türkiyənin xəzinə və maliyyə nazirinin müavini Osman Çeliklə görüşüb, Bankın “Müdirlərin görüşü”ndə iştirak edib.
İqtisadiyyat nazirinin birinci müavini Elnur Əliyev Səudiyyə Ərəbistanı Krallığına səfər çərçivəsində bir sıra görüşlər keçirib. İslam İnkişaf Bankı (İİB) Qrupunun prezidenti Məhəmməd Süleyman Əl-Casir və Türkiyənin xəzinə və maliyyə nazirinin müavini Osman Çeliklə görüşdə qarşılıqlı maraq doğuran məsələlər ətrafında müzakirələr aparılıb.
Səudiyyə Ərəbistanı Krallığında İİB-nin “Müdirlərin görüşü”ndə Bankın növbəti 10 il üçün strateji çərçivə sənədinin (2026-2035) formalaşdırılması ilə bağlı müzakirələr, qurumun prioritetləri və istiqamətləri, eləcə də üzv ölkələrin inkişaf ehtiyacları ilə bağlı fikir mübadiləsi aparılıb.
İqtisadiyyat nazirinin birinci müavini Elnur Əliyev ölkəmizin İslam İnkişaf Bankı ilə səmərəli əməkdaşlıq etdiyini, Azərbaycanın həyata keçirdiyi layihələrə Bankın dəstəyinin yüksək qiymətləndirildiyini vurğulayıb.
Bakıda keçirilən COP29 çərçivəsində Azərbaycanın işğaldan azad olunmuş ərazilərində “Qız qalası su anbarından magistral suvarma kanalının tikintisi” üzrə İİB ilə tərəfdaşlıq haqqında imzalanmış sənədin əhəmiyyəti xüsusi qeyd edilib. Suvarma kanalının tikintisinin Azərbaycanın işğaldan azad edilmiş ərazilərində beynəlxalq maliyyə institutları tərəfindən maliyyələşdirilən ilk layihə olduğu diqqətə çatdırılıb.
Çərçivə sənədində müvafiq üzv ölkələrin yenidənqurma və bərpa ehtiyaclarının, eləcə də iqlimə həssas regionlarda quraqlığın aradan qaldırılması kimi məsələlərə diqqət yetirilməsinin vacibliyi qeyd olunub. Nəqliyyat dəhlizləri, enerji şəbəkələri kimi irimiqyaslı infrastruktur layihələrinə sərmayə qoyuluşu, qlobal davamlılıq məqsədlərinə uyğun gələn yaşıl infrastruktur layihələrinin və rəqəmsal transformasiya təşəbbüslərinin önəmi nəzərə çatdırılıb.
Tədbirdə Bankın innovativ fəaliyyətə və inklüzivliyə sadiq olduğu vurğulanıb. Qurumun etibarlı tərəfdaş kimi mövqeyinin möhkəmləndirilməsi, fəaliyyət istiqamətləri ilə üzv ölkələrin inkişaf prioritetlərinin uzlaşdırılması ətrafında fikir mübadiləsi aparılıb. Eyni zamanda, İslam İnkişaf Bankının dəstəyi ilə üzv ölkələr arasında beynəlxalq layihələrin icrasının təşviq edilməsinin vacibliyi qeyd olunub.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
14-01-2025