Ulu Öndər Heydər Əliyev və Cənab Prezident İlham Əliyev Şuşada tarix təkrarlanır
Tarix: 14-01-2025 | Saat: 12:04
Bölmə:Özəl | çapa göndər
ZAMANI GERİ QAYTARMAQ OLMASA DA, TARİX TƏKRAR OLUNUR
Milli-mədəni və tarixi-siyasi yaddaşımızın mühüm tərkib hissəsini, yeni və müasir tariximizin parlaq səhifələrini təşkil edən ən böyük hadisələrdən biri XVIII əsrdə yaşamış Azərbaycan şairi və ictimai-siyasi xadim, Qarabağ xanının vəziri olmuş Molla Pənah Vaqifin muzey-məqbərə kompleksinin (yenidən) yaradılmasıdır.
1982-ci ilin yanvar ayının 14-də Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi Heydər Əliyevin iştirakı ilə Molla Pənah Vaqifin məqbərəsinin təntənəli açılışı olmuşdu. Molla Pənah Vaqifin muzey-məqbərə kompleksi Şuşa şəhərinin ən səfalı yeri olan Cıdır düzünə yaxın bir ərazidə - dahi şairin məzarı üzərində inşa edilmişdi. Burada M.P.Vaqifin Şuşa həyatını əks etdirən dövrlərə aid olan 80-ə yaxın eksponat da nümayiş etdirilirdi.
Eyni zamanda, Heydər Əliyev Vaqif Poeziya Günlərinin keçirilməsi ilə bağlı göstəriş vermiş və həmin ilin 29 iyul - 3 avqust tarixlərində Şuşada Vaqif Poeziya Günləri keçirilmişdi. Bu poeziya bayramı həmin tarixdən etibarən hər il avqust ayında şairin vətəni Qazaxdan başlayıb, Şuşanın əsrarəngiz Cıdır düzündə yekunlaşırdı.
Bütün bunlar milli-mənəvi dəyərlərə hörmət, milli irsə sahib çıxmaq və gələcək nəsillərə böyük miras buraxmaq idi.
Heç şübhəsiz, Ulu Öndər Heydər Əliyev olmasaydı, bütün bu işlər görülməsəydi, xalqımızın mənəvi-mədəni dəyərlərinin, ictimai yaddaşımızın və tarixi keçmişimizin aşınmaya məruz qalması qaçılmaz olacaq, milli ləyaqətimizin bərpasından söhbət belə getməyəcəkdi.
Və tarix təkrarlandı –Cənab Prezident İlham Əliyev vətən müharibəsindən sonra ilk dəfə Şuşaya 2021-ci il yanvarın 14-də gəldi. Təbii ki, bu tarix təsadüfən seçilməmişdi, səfərin böyük siyasi, mənəvi əhəmiyyəti, rəmzi mənası var idi. Bu tarixdən 39 il əvvəl Şuşada Ulu Öndərin iştirakı ilə Vaqifin məqbərəsi açılmışdı.
Prezident İlham Əliyev qüdrətli Lider və Sərkərdə kimi ATA vəsiyyətini yerinə yetirərək həm doğma Qarabağı, həm əziz Şuşanı, həm də Molla Pənah Vaqifin ruhunu əsirlikdən xilas etdi.
Cənab Prezident İlham Əliyev Vaqifin məqbərəsinin bərpa edilməsi barədə göstəriş verdi. 29 avqust 2021-ci il tarixində isə Molla Pənah Vaqifin muzey-məqbərə kompleksinin təmir-bərpa və yenidənqurma işlərindən sonra açılışı oldu.
“Vaqif Poeziya Günləri bərpa ediləcək. Mən artıq göstəriş vermişəm, bu il keçiriləcək”, - deyən, sözü imzası qədər dəyərli və keçərli olan Cənab Prezident İlham Əliyevin vədi öz təsdiqini tapdı. 2021-ci il avqustun 30-da Vaqif Poeziya Günləri Şuşa işğaldan azad edildikdən sonra Heydər Əliyev Fondu tərəfindən ilk dəfə şairin doğma şəhərində yenidən təşkil olundu.
Cənab Prezident İlham Əliyevin bu sözləri isə tarixin yaddaşına əbədi həkk olundu: "Vaqif Poeziya Günləri keçirilərkən atamın 59 yaşı var idi. Bu gün mənim 59 yaşım var. Bəziləri hesab edə bilər ki, bu, təsadüfdür. Ancaq mən hesab edirəm ki, burada böyük rəmzi məna var, tarix təkrarlanır”.
Tarix isə rəqəmdən, təqvimdən ibarət deyil və təsadüfən təkrarlanmır. Heç şübhəsiz, İlham Əliyev olmasaydı, Heydər Əliyevin yazdığı - yaratdığı tarix əsla təkrar olunmazdı! İndi həm müdrik dövlət xadimi Heydər Əliyevin, həm də Molla Pənah Vaqifin ruhu şaddır - Azərbaycan xalqının isə üzü ağ - alnı açıqdır. Çünki dediyimiz kimi, qürurumuz - ləyaqətimiz bərpa olunub.
Bayram Xudayarov
Elm və Təhsil Nazirliyi Fizika İnstitutunun əməkdaşı,
“Heydər Əliyev məktəbinin davamçıları” Feysbuk qrupunun təsisçisi və rəhbəri,
YAP-ın fəal üzvü
*
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
14-01-2025