Qazaxda təşviqat kompaniyası çərçivəsində görüşlər davam edir -Fotolar
Tarix: 14-01-2025 | Saat: 10:35
Bölmə:Gündəm | çapa göndər
Azərbaycan Respublikasında 2025-ci il yanvarın 29-na təyin edilmiş bələdiyyə seçkilərinin təşviqat mərhələsi çərçivəsində yanvarın 13-də Qazax bələdiyyəsi üzrə Yeni Azərbaycan Partiyasının namizədlərinin seçicilərlə iki görüşü keçirildi.
Görüşlərin əvvəlində Ümummilli Lider Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi ehtiramla yad edildi.
Keçirilən görüşlərdə giriş sözü ilə çıxış edən YAP Qazax rayon təşkilatının sədri Anar Nəbiyev dünyada demokratik idarəçiliyin əsas atributlarından sayılan, qanunla müəyyən edilmiş ərazi hüdudları daxilində yaşayan sakinlər tərəfindən yerli seçkilər əsasında formaıaşdırılan kollegial özünüidarəetmə forması olan bələdiyyələrin ölkəmizdə yaranma tarixindən, hüquqi əsaslarından, ötən dövr ərzindəki fəaliyyətlərindən, dövlətimiz tərəfindən yerli özünüidaəetmə orqanlarına göstərilən dəstək barədə ətraflı məlumat verib. Yanvarın 29-da keçiriləcək bələdiyyə seçkilərinin tam şəffaf və demokratik şəraitdə keçirilməsi üçün ölkəmizdə hər cür şərait yaradıldığını bildirən rayon təşkilatını sədri xalqın etimadını layiqincə doğruldan, “Qələbələr Partiyası” adlanan Yeni Azərbaycan Partiyasının növbəti bələdiyyə seçkilərinə də yeni reallıqlar və çağırışlar fonunda böyük qələbə əzmi ilə qatıldığını xüsusi vurğulayıb.
Görüşlərdə çıxış edən Seçki Qərargahının üzvləri Bəsdi Ələkbərova, Məmməd Yusifov, Fərhad Qocamanov, Ceyhunə Hüseynova, Qədir Əfəndiyev, Gülnaz Alişanova, Vaqif Nəsibov, Pəri İbrahimova, Xasay Balayev, Müqabil Məmmədov, Elxan Abdullayev, şair Cavanşir Rüstəm Ulu Öndər Heydər Əliyevin yerli özünüidarəetmənin inkişafı ilə bağlı müəyyən etdiyi siyasətin Möhtərəm Prezidentimiz cənab İlham Əliyev tərəfindən uğurla davam etdirildiyindən, yerli özünüidarəetmə orqanlarının inkişafı istiqamətində mühüm addımlar atıldığından ətraflı danışıblar. Natiqlər qeyd ediblər ki, indiyədək bələdiyyələr bir çox mühüm layihələrin həyata keçirilməsinə, o cümlədən əhalinin məşğulluğunun təmin olunmasına və yaşayış məntəqələrində sosial məsələlərin həllinə önəmli töhfələr veriblər.
Bununla yanaşı çıxışlarda qeyd olunub ki, yerli özünüidarəetmənin təkmilləşdirilməsi, eləcə də əhaliyə göstərilən xidmətlərin keyfiyyətinin yüksəldilməsi və vətəndaş məmnunluğunun artırılması naminə qarşıda mühüm vəzifələr dayanır. Yeni Azərbaycan Partiyasının çıxış edən namizədlərindən Vüsal İsmayılov, Elçin Nəsibov, Aynurə Abbasova, Yeganə Göyüşlü soz veriblər ki, yeni formalaşacaq bələdiyyələrdə təmsil olunmaq hüququ qazanacaqları halda öz fəaliyyətlərini məhz, bu hədəflər istiqamətində quracaq və onlara göstərilən etimadı əməli işləri ilə doğruldacaqlar.
Görüşlər zamanı seçicilərdən Ramil Qurbanov, Samir Çobanov və başqaları çıxış edərək Yeni Azərbaycan Partiyasının siyasətini dəstəklədiklərini və bələdiyyə seçkilərində partiyanın namizədlərinə səs verəcəklərini vurğulayıblar.
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
14-01-2025