Mobil versiya
Reynaldo Türkiyə klubuna gedir - Qurbanov təsdiqlədi
Tarix: 25-01-2017 | Saat: 21:06
Bölmə:İdman | çapa göndər

Reynaldo Türkiyə klubuna gedir - Qurbanov təsdiqlədi







"Qarabağ"ın futbolçusu Reynaldonun Türkiyə Super Liqasında mübarizə aparan "Adanaspor" klubuna keçidi yekunlaşmaq üzrədir.

Aia.Az newsport.az-a istinadən xəbər verir ki, braziliyalı futbolçu sabah "Adanaspor"la rəsmi müqavilə imzalamaq üçün Türkiyəyə gedəcək.

Məlumatı Ağdam klubunun baş məşqçisi Qurban Qurbanov təsdiqləyib. O, danışıqların yekunlaşmaq üzrə olduğunu deyib: "Bir neçə klub Reynaldoyla maraqlanmışdı. Amma "Adanaspor"la razılığa gəldik. Sabah agenti İstanbula gələcək və danışıqlar aparacaq. Əgər müsbət yekunlaşsa, Reynaldo sabah tibbi müayinədən keçəcək və rəsmi müqavilə imzalayacaq".


aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
19-04-2024