Mobil versiya
DİN-dən təhlükəli partlayış yaratmaqla kütləvi paylaşım edənlərə XƏBƏRDARLIQ
Tarix: 24-12-2024 | Saat: 10:13
Bölmə:Manşet / Gündəm | çapa göndər

DİN-dən təhlükəli partlayış yaratmaqla kütləvi paylaşım edənlərə

“TikTok”da kustar üsulla kimyəvi maddələrin birləşməsindən təhlükəli partlayış yaratmaqla kütləvi paylaşımlar edilir. Polis əməkdaşları tərəfindən sosial şəbəkələrdə təhlükəli trendə çevrilən bu halla bağlı qəti tədbirlər görülür.

aia.az xəbər verir ki, bunu Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin rəisi Elşad Hacıyev deyib.

"Bu əməli törədən şəxslərdən bir nəfər Bərdə rayonunda həbs edilib. Diqqətə çatdırırıq ki, izləyici toplamaq üçün istifadə olunan hərəkətlər insan həyatı və sağlamlığı üçün təhlükə mənbəyidir, vətəndaşları belə əməllərdən çəkinməyə çağırırıq", - deyə E.Hacıyev vurğulayıb.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
22-01-2025