Mobil versiya
Prezidentin sərəncamı böyük ruh yüksəkliyinə səbəb olub
Tarix: 25-01-2017 | Saat: 19:33
Bölmə:Karusel | çapa göndər

Prezidentin sərəncamı böyük ruh yüksəkliyinə səbəb olub




Prezident İlham Əliyevin Cəbrayıl rayonunun işğaldan azad edilmiş Cocuq Mərcanlı kəndinin bərpası ilə bağlı tədbirlər haqqında sərəncamı Cəbrayıl camaatının böyük ruh yüksəkliyinə səbəb olub.
aia.az xəbər verir ki, bunu Trend-ə Cəbrayıl rayon İcra hakimiyyətinin başçısı Kamal Həsənov deyib.

K.Həsənovun sözlərinə görə, hər kəs hesab edir ki, bu sərəncam Cəbrayılın tamamilə işğaldan azad edilməsinin başlanğıcıdır:

"Çox böyük ruh yüksəkliyi var. Biz çox qısa zamanda bir sorğu keçirdik və aydın oldu ki, Cocuq Mərcanlıdan olan 190-dan çox ailə qayıdıb kənddə yaşamağa hazırdır".

İcra başçısı vurğulayıb ki, bu sərəncam aprel döyüşlərində ordumuzun əldə etdiyi qələbənin davamıdır:

"Aprel döyüşlərinə qədər həmin kənd təhlükəli bir zona idi, lakin aprel döyüşlərindən sonra kənd tamamilə Azərbaycanın nəzarəti altına keçdi və soydaşlarımızın doğma torpaqlarına qayıtması üçün şərait yarandı. Bütün bunlara görə Prezident İlham Əliyevə minnətdarlığımızı bildiririk və inanırıq ki, tezliklə Cəbrayıl rayonu tamamilə işğaldan azad ediləcək".

Qeyd edək ki, ötən gün Azərbaycan Prezidenti işğaldan azad edilmiş Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinin bərpası ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.

Sərəncama əsasən, Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinin bərpası ilə bağlı görüləcək işlər çərçivəsində birinci mərhələdə 50 fərdi yaşayış evinin, məktəb binasının və müvafiq infrastrukturun tikintisi üçün Azərbaycanın 2017-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Prezidentinin ehtiyat fondundan Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinə ilkin olaraq 4 milyon manat ayrılıb.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə