Pirallahı rayonunda qəbul imtahanlarında yüksək nəticə əldə etmiş məzunlarla görüş keçirilmişdir -Fotolar
Tarix: 08-09-2025 | Saat: 16:30
Bölmə:Gündəm | çapa göndər

08 sentyabr 2025-ci il tarixində YAP Pirallahı rayon təşkilatı və Pirallahı Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə 2024–2025-ci tədris ilində qəbul imtahanlarında yüksək nəticə əldə etmiş məzunlarla görüş keçirilmişdir.
aia.az xəbər verir ki, tədbirdə Pirallahı Rayon İcra Hakimiyyətinin başçısı Vasif İmanov, Yeni Azərbaycan Partiyası Pirallahı rayon təşkilatının sədri Emil Abasov, Rayon Ağsaqqallar Şurasının sədri Əli Kərimov, məktəb direktorları, müəllimlər, rayon ictimaiyyətinin nümayəndələri və qəbul imtahanlarında yüksək nəticə əldə etmiş məzunlar iştirak etmişlər.
Tədbirdən öncə qonaqlar və məzunlar Ümummilli lider Heydər Əliyevin büstünü ziyarət edərək, qarşısına gül dəstələri düzdülər.
Tədbir Ümummilli Lider Heydər Əliyevin və Vətən uğrunda qəhrəmancasına həlak olmuş şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə öz işinə başlamışdır.
Daha sonra Pirallahı Rayon İcra Hakimiyyəti başçısının müavini Zülfiyyə Məmmədhüseynova 2024–2025-ci tədris ilinin yekunlarına dair geniş təqdimatla çıxış etmiş, rayon üzrə ümumi təhsil müəssisələrinin nəticələri haqqında məlumat vermişdir. Qeyd olunmuşdur ki, hesabat dövründə rayon üzrə 222 nəfər məzun olmuş, onlardan 103 nəfər ali təhsil müəssisələrinə qəbul olunaraq tələbə adını qazanmışdır.
Tədbirin davamında ali məktəblərə yüksək balla qəbul olmuş məzunlar – Cəfərova Xatirə Mais qızı, Carçallı Şəms Faiq qızı və Bağırova Aysel İmran qızı çıxış edərək əldə etdikləri uğurun arxasında ailələrinin, müəllimlərinin və məktəblərinin böyük dəstəyi olduğunu qeyd etmişlər. Bildirilmişdir ki, bu uğurlar təkcə fərdi nailiyyətlər deyil, bütövlükdə cəmiyyətin təhsilə verdiyi dəyərin və göstərilən qayğının nəticəsidir.
Daha sonra çıxış edən YAP Pirallahı rayon təşkilatının sədri Emil Abasov ali məktəblərə qəbul olunmuş şagirdləri və onların valideynlərini təbrik etmiş, ölkəmizdə təhsilin inkişafının dövlət siyasətinin prioritet istiqamətlərindən biri olduğunu vurğulamışdır. Qeyd olunmuşdur ki, Azərbaycan təhsil sistemi müasir tələblərə cavab verəcək şəkildə daim yenilənir, ali təhsil müəssisələrimizin beynəlxalq reytinqlərdə mövqeyi ildən-ilə yüksəlir. Qeyd olunmuşdur ki, Azərbaycan dövləti tərəfindən təhsilin inkişafına, gənclərin hərtərəfli bilik və bacarıqlara yiyələnməsinə, onların intellektual və mənəvi inkişafına xüsusi önəm verilir. Möhtərəm Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən məqsədyönlü dövlət siyasətinin nəticəsi olaraq, ölkəmizdə gənclərin elmi biliklərə, milli-mənəvi dəyərlərə əsaslanan vətənpərvər ruhda yetişdirilməsi prioritet istiqamətlərdən biri kimi müəyyən olunmuşdur.
Yekun olaraq Pirallahı Rayon İcra Hakimiyyətinin başçısı Vasif İmanov tədbirdə çıxış edərək ali təhsil müəssisələrinə qəbul olunmuş məzunları və onların valideynlərini təbrik etmiş, onlara gələcək təhsil və həyat yollarında uğurlar arzulamışdır. Çıxışında RİH başçısı vurğulamışdır ki, bu gün ölkəmizin gələcəyini formalaşdıracaq gənclərlə bir araya gəlmək və onların sevincini bölüşmək hər birimiz üçün həm qürurverici, həm də məsuliyyətli bir hadisədir. Sevindirici haldır ki, Pirallahı rayonunun gəncləri də bu siyasətin fəal iştirakçıları kimi yüksək nəticələrə imza atır, qazandıqları uğurlarla həm rayonun, həm də ölkənin sosial-iqtisadi və intellektual inkişafına öz töhfələrini verirlər. RİH başçısı çıxışının sonunda qeyd etmişdir ki, əldə olunan nəticələr mühüm bir uğur olsa da, bu, yalnız yolun başlanğıcıdır. Qarşıda məzunlarımızı daha məsuliyyətli, daha çətin, eyni zamanda şərəfli bir inkişaf mərhələsi gözləyir. Bu mərhələdə biliklərə ardıcıl yiyələnmək, peşəkar formalaşma və vətənə layiqli vətəndaş olmaq başlıca vəzifələrdəndir.
Tədbirin sonunda qəbul imtahanlarında yüksək nəticə göstərmiş bir qrup məzun, eləcə də rayonun ictimai-mədəni həyatında və təhsil sahəsində fərqlənmiş müəllimlər YAP Pirallahı rayon təşkilatı və Pirallahı Rayon İcra Hakimiyyəti tərəfindən hədiyyələr və Fəxri Fərmanlarla təltif olunmuşdur.
Tədbir xatirə şəklinin çəkdirilməsi ilə sona çatmışdır.
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
08-09-2025
21:14 İzmirdə ailə faciəsi...