Mobil versiya
Meksikada qatar və avtobus qəzası! Çox sayda ölü və yaralı var
Tarix: 08-09-2025 | Saat: 22:40
Bölmə:Özəl | çapa göndər

Meksikada qatar və avtobus qəzası! Çox sayda ölü və yaralı var

Meksikada dəmiryol keçidində dəhşətli qəza nəticəsində sərnişin avtobusu qatar tərəfindən yararsız hala düşüb. İlkin məlumatlara görə, 8 nəfər ölüb, 45 nəfər yaralanıb.
Meksikanın Atlakomulko şəhərində sərnişin avtobusu həmsərili keçiddən keçərkən qatarla toqquşub. Hadisə yerinə çoxlu sayda yanğınsöndürən və təcili yardım maşınları göndərilib. Meksika əyalətinin mülki müdafiə rəsmiləri ilkin məlumatlara görə, 8 nəfərin öldüyünü, 45 nəfərin yaralandığını açıqlayıb. Qəzanın səbəbi hələlik məlum deyil. Magistral yolda baş verən qəzadan sonra hər iki istiqamətdə nəqliyyatın hərəkəti bağlanıb.

Sənaye zonasında baş verən qəza yaxınlıqdakı təhlükəsizlik kamerasına düşüb. Görüntülərdə nəqliyyatın hərəkəti səbəbindən yavaş hərəkət edən ikimərtəbəli avtobusun həmsəviyədən keçərkən qatarın onu vuraraq sürüklədiyi görünür. Qəza zamanı həmsəviyyəli keçid baryerləri açıq olub və qatarın gəlişi ilə bağlı heç bir xəbərdarlıq edilməyib.

aia.az
Tərcümə şöbəsi



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
08-09-2025