Ağbaba zirvələrindən elm zirvəsinə- Nazim Şəmilov -65
Tarix: 06-09-2025 | Saat: 16:27
Bölmə:Karusel / Özəl / Qərbi Azərbaycan / Yazar4 | çapa göndər

Hər şeyin başladığı yer: İlanlı kəndi
Xəyalım məni illər öncəyə, Qərbi Azərbaycanın Ağbaba mahalına, Arpa çayının sahilində, kiçik bir dağın ətəyində, dəniz səviyyəsindən 2100 metr yüksəklikdə yerləşən qədim İlanlı kəndimizə – sonralar sovetlərin adını dəyişdirib Çaybasar etdiyi yurd yerimizə aparır. Kəndimizin aşağı hissəsində altı bulaq vardı və onların da hər birinin öz dadı, öz tamı vardı; biri hətta isti, mineral bulaq idi. O bulaqların suyu o qədər gur idi ki, gecələrin səssizliyində şırıltısı evlərimizdə eşidilirdi. O yerlər ki, bizim uşaqlığımızın, ilk arzularımızın və dostluğumuzun beşiyidir. O yerlər ki, biz orada Arpa çayının pıçıltısı ilə, bulaqlarımızın şırıltısı ilə, sanki bir “bulaq laylasında” yatırdıq... Kim bilərdi ki, o sükut içində kitablarına dalan sinif yoldaşım, uşaqlıq dostum Nazim, bir gün o ucqar dağ kəndindən çıxan ilk professor olacaqdı.
Bu gün mən təkcə bir alimin uğurlarından deyil, həm də uşaqlıq dostumun keçdiyi şərəfli ömür yolunun qürurundan yazmaq istəyirəm.

(Yer üzündən silinmiş İlanlı kəndinin son görünüşü)
Kökdən gələn tərbiyə
Nazimin elmə və təhsilə bu qədər bağlı olmasının kökündə həm də ailəsindən gələn ziyalı mühiti dayanırdı. Atası, rəhmətlik Telman əmi texnikum bitirmiş, o dövr üçün savadlı bir mütəxəssis – sovxozda mühasib idi. Elmə, biliyə dərin hörməti olan Telman əmi üçün yaxşı oxuyan hər bir uşaq sevimli idi, təhsildən yayınanlarla isə heç arası olmazdı. O, həm böyük övladı, həm də fitri istedad sahibi olan Nazimi hədsiz dərəcədə istəyir, onunla fəxr edirdi. Anası Mahizər xala isə bu ocağın nizam-intizamına cavabdeh idi. O, övladlarının tərbiyəsində çox ciddi, onların səliqəli geyiminə, dərslərini yaxşı oxumasına qarşı həmişə məsuliyyətli və tələbkar olmuşdur. Bu gün Telman əmi həyatda olmasa da, ruhu şaddır. Çünki onun Nazim kimi övladı təkcə ailəsinin deyil, mənsub olduğu Aşırlı tayfasının və bütöv bir elin fəxrinə çevrilib. Mahizər ana isə illərin arxasında qalan gəncliyini bu gün Nazimin nəvələrində tapır, onların uğurları ilə təsəlli duyur.
Hər böyük yol kiçik bir addımla başlayır və Nazimin elm yolunun ilk addımları məhz o doğma kəndimizin məktəbində atıldı. Məktəbimizin direktoru Əbdüləli Orucovun yaratdığı nizam-intizamlı mühitdə bizə dərs deyən fədakar müəllimlərimizin hər birinin bu yolda zəhməti vardı. Ana dilimizin zənginliyini öyrədən Ziyadxan Cəfərli, Vətən tarixini sevdirən, sonralar Əməkdar Jurnalist kimi tanınan Səyyad Ağbabalı, riyazi təfəkkürü aşılayan Həsən Şəmilov və əlbəttə, Nazimin kimya elminə ilk marağını yaradan, birinci sinifdə əlimizdən tutub hərfləri yazmağı, sonra da kimya elminin sirrlərini öyrədən Səyyadlı Qocayev kimi ustadlarımız onun fitri istedadının erkən yaşlarından parlamasına şərait yaradırdılar.
Nazimin o vaxtlardan seçilən gözəl xətti, aydın nitqi və məntiqi düşünmə qabiliyyəti vardı. Yadımdadır, 7-ci və 8-ci siniflərdə oxuyanda tarix müəllimimiz, məktəbin komsomol təşkilat katibi Səyyad Ağbabalının təşkil etdiyi bir bilik yarışı keçirilirdi. Məktəbin dəhlizində asılmış xüsusi cədvəldə əla qiymətlərimizlə sanki bir-birimizə meydan oxuyurduq: bir gün mən qalib olurdum, bir gün Nazim. Aramızdakı bu sağlam rəqabət, bu elmlə dolu inadkarlıq sanki ikimizi də bilmədən böyük hədəflərə, elmin aydınlıq yollarına hazırlayırdı.
Nazim sinfimizdə boyca ən balaca uşaq idi. Amma hamımız onun xətrini çox istəyirdik, mən isə xüsusilə. Biz təkcə bilik yarışında rəqib deyildik, həm də bir-biri ilə zarafat edən iki dost idik. Kitablar arasında itməyi sevən bu sakit təbiətli oğlan, eyni zamanda yaxşı futbol da oynayardı, xüsusilə müdafiədə çox etibarlı idi. Maraqlıdır ki, Nazimin futbola olan o uşaqlıq həvəsi bu gün onun oğlu Səbuhidə yaşayır və Səbuhi doğma yurdumuzun adını daşıyan “Amasiya” futbol klubunun yaradıcılarından biridir.
Hərdən düşünürəm, görəsən, bəlkə də məni şair, Nazimi kimya elminin bilicisi, Tahiri tətbiqi riyaziyyat üzrə mütəxəssis edən elə o bulaqların səsi, o dağların nəğməli küləkləri olub? Biz – Nazim, mən, Tahir, Sahib, Adil, Nağıyev Nazim, Sabir, Bəylər – sinif yoldaşları, eyni kökdən, eyni soydan olan uşaqlar o bulaq şırıltısının, o dağ havasının qoynunda böyüyüb, bir gün hərəmiz bir şəhərə, elm və bilik arxasınca yola düşdük...
Universitet illəri və ilk elmi Zirvə
Məktəb illərində formalaşan bilik və hədəflərlə Nazimin ən böyük arzusu əmisi Nəriman kimi həkim olmaq idi. Lakin o dövrün şərtləri ağır idi; dəfələrlə qəbul imtahanlarından əla və yaxşı qiymətlər alsa da, tibb təhsili üçün olan gərgin müsabiqədən, daha doğrusu Sovet sisteminin iyrənc qəbul prinsiplərindən keçə bilmirdi. Bu iyrənc qəbul sistemi onun nə az, nə də çox-düz beş ilini aldı... Başqası bəlkə də ruhdan düşərdi, amma Nazim inadından dönmədi, sadəcə yolunu dəyişdi. Üzünü uşaqlıqdan ona möcüzələr aləmi kimi görünən, kainatın sirlərinə pəncərə olan kimya elminə çevirdi. Axı bu sahə də tibb qədər dərin, insanlıq üçün bir o qədər faydalı idi. Beləcə, o, inadından əl çəkmədən, sadəcə hədəfini dəqiqləşdirərək 1983-cü ildə Bakı Dövlət Universitetinin Kimya fakültəsinə daxil oldu.

Bu qərar onun həyatının dönüş nöqtəsi oldu. O, burada öz əsl istedadını və potensialını tam üzə çıxardı. Tələbəlik illərində təkcə dərslərini əla oxumadı, həm də tədqiqatlara qoşulan, müəllimlərinə elmi suallar verən, laboratoriyalarda gecə yarılarına qədər çalışan gənc bir alimə çevrildi. Onun istedadı və elmə olan sonsuz həvəsi o dövrün görkəmli alimi, sonralar BDU-nun rektoru olmuş akademik Abel Məhərrəmovun da diqqətindən yayınmamışdı. Nazim məhz onun elmi məktəbinin yetirməsi olmuşdur. Abel müəllim öz tələbəsi haqqında bu gün də fəxrlə danışır: “Mən Nazim Şəmilovu tələbəlik illərindən tanıyıram. O, hər zaman zəhmətkeşliyi, məqsədyönlülüyü və dərin təfəkkürü ilə seçilirdi. Bu gün onun kimya elmində qazandığı uğurlar, yetişdirdiyi tələbələr məni bir müəllim kimi çox sevindirir. Nazim bizim elmi məktəbin layiqli davamçısıdır və onunla qürur duyuram”.
Məhz belə bir xeyir-dua ilə o, 1988-ci ildə universiteti fərqlənmə diplomu ilə bitirərək təyinatla AMEA-nın Qeyri-üzvi və Fiziki Kimya (indiki Kataliz və Qeyri-üzvi Kimya) İnstitutunda elmi fəaliyyətə başladı. Bu yol asan olmadı. Elmin yolu iynə ilə quyu qazmağa bənzəyir – səbir, təmkin, yuxusuz gecələr və tükənməz enerji tələb edir. Nazim bu sınaqlardan mətanətlə keçərək 1995-ci ildə öz ilk fundamental elmi zirvəsini fəth etdi: “Tərkibində nadir torpaq elementləri saxlayan oksid sistemlərin metanın oksidləşdirici dehidrodimerləşmə reaksiyasında fiziki-kimyəvi və katalitik xüsusiyyətləri“ mövzusunda namizədlik dissertasiyasını uğurla müdafiə etdi.
Bir alimin elmi irsi
Elm yolçusu üçün hər bir zirvə növbəti zirvəyə gedən yolun başlanğıcıdır. 1995-ci ildə qazandığı ilk elmi dərəcə Nazim üçün bir son deyil, daha dərin tədqiqatlara, daha fundamental axtarışlara açılan bir qapı oldu. O, seçdiyi heterogen kataliz sahəsində illər boyu yorulmadan çalışdı, yüzlərlə sınaq apardı, elmi məqalələr dərc etdirdi. Bu gərgin zəhmətin məntiqi nəticəsi olaraq, 2012-ci ildə o, elmi fəaliyyətinin ən yüksək zirvələrindən birini fəth etdi: “C1-C4 alkanların oksidləşdirici dehidrogenləşmə reaksiyasında modifikasiya olunmuş oksid katalizatorlarının fiziki-kimyəvi və katalitik xüsusiyyətləri” mövzusunda doktorluq dissertasiyasını müdafiə edərək kimya üzrə elmlər doktoru ali elmi dərəcəsinə layiq görüldü. Bu mürəkkəb elmi adın arxasında sənaye üçün həyati əhəmiyyət kəsb edən, dəyərli kimyəvi məhsulların alınması üçün yeni, daha effektiv yolların axtarışı dayanırdı.
Nazim Şəmilovun elmi fəaliyyətinin miqyası onun əsərlərinin sayında aydın görünür. Onun zəhmətinin bəhrəsi 170-dən çox elmi məqalədə, 8 patentdə və gələcək kimyaçılar nəsli üçün dəyərli mənbə olan 14 dərslik və dərs vəsaitində əksini tapmışdır. Bu əsərlər təkcə bir alimin zəngin irsi deyil, həm də Azərbaycan kimya elminə verilmiş sanballı töhfələrdir. Nazim müəllim eyni zamanda “BDU xəbərləri”, “Təbiət elmləri”seriyasının, “MedWin publishes”, “Journal of Ecology & Natural Resources” jurnallarının redaksiya heyətinin üzvü, ED1.16 Dissertasiya Şurasının üzvüdür.
Onun elmi nüfuzu təkcə ölkəmizlə məhdudlaşmır. Hələ 1995-ci ildən Nyu-York Elmlər Akademiyasının, 2013-cü ildən isə Beynəlxalq Ekoenergetika Akademiyasının üzvü seçilməsi onun tədqatlarının beynəlxalq səviyyədə tanındığının göstəricisidir.
Elmi məruzələri Türkiyədən Rusiyaya, Rumıniyadan digər ölkələrə qədər bir çox beynəlxalq konfranslarda səslənərək Azərbaycan elmini layiqincə təmsil edib. Nazim müəllimin elm və təhsil sahəsindəki çoxşaxəli fəaliyyəti dövlətimiz tərəfindən də yüksək qiymətləndirilmişdir. 2019-cu ildə o, Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə “Tərəqqi” medalı və eyni zamanda Bakı Dövlət Universitetinin 100 illik Yubiley medalı ilə təltif olunmuşdur.
Müəllim, ailə başçısı, Vətən oğlu
Böyük alimləri təkcə elmi kəşfləri ilə deyil, həm də cəmiyyətə və ailəsinə olan münasibəti ilə tanıyırlar. Nazim Şəmilovun hekayəsində alim portreti onun müəllim, rəhbər və ən əsası, Vətənini, elini, ailəsini sevən bir insan portreti ilə qırılmaz surətdə bağlıdır. 1988-ci il deportasiyası onun da həyatından yan ötməyib. O zaman universiteti yenicə bitirən Nazim müəllimin valideynləri, qardaşları, bacısı, bütün qohumları qaçqın kimi Bakıya, Sumqayıta üz tutmuşdular. Hələ öz evi olmayan, kirayədə yaşayan gənc Nazim, böyük bir ailənin bütün yükünü səbrlə çiyinlərinə götürdü. O, valideynlərinin, qohum-əqrəbasının evlə təmin olunmasında, yerləşib yeni yurdlarına alışmasında kifayət qədər əziyyət çəkdi. Bəlkə də məhz o şəxsi ağrı, gənc yaşlarından daşıdığı o böyük məsuliyyət hissi onun bugünkü ictimai fəaliyyətinin əsasını təşkil edir. Bu gün o, Qərbi Azərbaycan İcması İdarə Heyətinin üzvü kimi fəaliyyət göstərir və doğma Amasiya Rayon İcmasının nüfuzlu ağsaqqallarından biri kimi tarixi həqiqətlərin unudulmaması üçün çalışır.

Onun bu məsuliyyət hissi ailəsinə münasibətində də özünü göstərir. O, böyük qardaş kimi özündən kiçik qardaşlarının hamısının həyatında mühüm rol oynamış, onlara hər zaman dayaq olmuşdur və bu gün də o müqəddəs missiyanı davam etdirir. Bacısı Firəngiz müəllimə üçün “and yeri” olan qardaşların başında təbii ki, Nazim dayanır. Mərhum həyat yoldaşı Cəmilə xanımla iki oğul böyüdən Nazim müəllim bu gün o böyük sevginin və ailə ocağının istisini nəvələrində tapır. O, nəvələrinin simasında uzaqlarda qoyub gəldiyi o müqəddəs yurd yerlərinin ətrini alır...

Onun bu bütöv xarakteri universitetdəki fəaliyyətində də özünü büruzə verir. Rəhbərliyi altında 2 fəlsəfə doktoru yetişib, 4 doktoranta isə yol göstərir. 10 il Ekologiya və torpaqşünaslıq fakültəsinin dekanı olduğu dövrdə isə o, əsl “tələbə adamı” olduğunu sübut etdi. Tələbə yoldaşı, 20 nömrəli məktəb-liseyin direktor müavini Sevinc Mustafayeva o illəri belə xatırlayır: “Nazim hələ o vaxtlar öz tərbiyəsi, təvazökarlığı və dərin zəkası ilə hamımızdan seçilirdi. Auditoriyanın ən sakit tələbəsi olsa da, ən çətin məsələlərin həllində hamımızın ümid yeri idi. Mən bu gün təhsil sahəsində çalışan bir insan kimi əminliklə deyə bilərəm ki, onun gələcəyin böyük alimi və qayğıkeş müəllimi olacağı o illərdən bəlli idi. Onun qazandığı hər bir uğur bizim hamımızın qürurudur”.

Bütün bu titulların arxasında isə mənim tanıdığım, o dağlar qoynunda böyüyən sadə, gülərüz və mehriban dostum dayanır. Həmkarı, biologiya elmləri üzrə fəlsəfə doktoru, dosent, şairə Rüxsarə Adilqızı onun haqqında çox yerinə düşən sözlər deyir: “Nazim müəllimin alim böyüklüyü ilə insan sadəliyi bir-birini tamamlayır. O, zirvədə olsa da, kökündən ayrılmayan uca dağlar kimidir...”
Həqiqətən də, elə bir insan tapmaq çətindir ki, Nazimi tanısın və ondan narazı qalsın. Biz görüşəndə isə bütün statuslar sanki yox olur, yenə Səyyad müəllimin qiymət cədvəlində yarışan o iki məktəbli oluruq...
Şərəfli ömrün müdrik yaşı
İnsan ömrünün elə bir müdrik çağı var ki, o yaşa çatanda zaman sanki bir anlıq dayanır. Geriyə boylanırsan... ötüb keçən hər ilə, hər aya, hər günə nəzər salırsan. Uşaqlığın qayğısız anları, gəncliyin coşqun arzuları, ilk uğurun sevinci, ilk çətinliyin dərsi bir-bir gözünün önündən keçir. Və anlayırsan ki, yaşanmış illər təkcə rəqəm deyil, o, yaddaşa hopmuş minlərlə xatirənin, çəkilən zəhmətin, qazanılan hörmətin və gələcəyə ötürülən bir ömrün hekayəsidir. Mənim dostum, sinif yoldaşım Nazim Şəmilov indi məhz o zirvədə, o müdrik yaşdadır.
10 sentyabr 1960-cı ildə başlayan şərəfli bir ömür yolu, bu il sentyabrın 10-da özünün 65-ci zirvəsinə çatır. Həmin gün mənim əziz dostum, professor Nazim Telman oğlu Şəmilov müdrik yaşını qeyd edəcək, 66-cı baharına qədəm qoyacaq. Onun həyat yolu bir daha sübut edir ki, ən ucqar yerdən belə ən böyük zirvələrə çatmaq mümkündür. Onun hekayəsi təkcə özünün deyil, bizim kəndimizin, bizim nəslimizin, zəhmətə və biliyə inanan hər kəsin ortaq uğur hekayəsidir.

Nazim bu gün təkcə bir evin, bir ailənin ağsaqqalı deyil. O, həm də doğma yurd həsrəti ilə yaşayan bütöv bir elin – Qərbi Azərbaycanlıların ağsaqqal alim övladlarından biridir. O, soydaşlarımızın öz doğma yurd yerlərinə bir gün ləyaqətlə qayıdışı üçün əlindən gələni əsirgəmir. Tarix bu adı, bu şərəfli ömrü və bu Vətən sevdasını heç vaxt unutmayacaq.
Qərbi Azərbaycan ellərindən olan Ağbabanın layiqli övladı Nazimi təkcə bir dost kimi deyil, həm də sədri olduğum İlanlı kənd İcması adından və onun timsalında bütün el-obamızın, doğma Ağbaba mahalımızın, bütöv Qərbi Azərbaycanımızın adından ürəkdən təbrik edim!
Əziz dostum Nazim! Sənin uğurların o yurd yerlərinin həsrəti ilə döyünən hər bir ürəkdə qürur hissi yaradır. Sənə zirvələr qədər uca bir ömür, bulaqlarımız kimi saf bir cansağlığı və tükənməz elmi enerji arzulayıram.
Səninlə fəxr edirəm, dostum! Səninlə bir yerdə böyümək, eyni partada oturmaq, bu gün isə sənin uğurlarının şahidi olmaq mənim üçün böyük bir şərəfdir.
65 yaşın mübarək!

Şəmsi QOCA, şair-publisist,
İlanlı kənd İcmasının sədri
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
06-09-2025
05-09-2025