Mobil versiya
71 nəfərin tüstüdən zəhərləndiyi məktəbdə dərslər bərpa olundu
Tarix: 20-12-2024 | Saat: 12:54
Bölmə:Karusel / Təhsil | çapa göndər

71 nəfərin tüstüdən zəhərləndiyi məktəbdə dərslər bərpa olundu

Tovuz rayon Aşağı Quşçu kənd 1 nömrəli tam orta məktəbdə tədris prosesi bərpa olunub.

aia.az xəbər verir ki, bu barədə Qazax-Tovuz Regional Təhsil İdarəsi məlumat yayıb.

Qeyd edilib ki, ötən gün sobalara baxış keçirilib, problem aradan qaldırılıb və istilik təmin olunub.

"Qazax-Tovuz Regional Təhsil İdarəsinin müdiri səlahiyyətlərini icra edən, müdir müavini Anar Məcidov təhsil müəssində olub davamiyyət və tədris prosesi ilə maraqlanıb. Hazırda təhsil sektorunun əməkdaşları da məktəbdədir. Vəziyyət nəzarətdə saxlanılır".

Xatırladaq ki, dekabrın 19-da sözügedən məktəbin 2 sinfində pelet sobasının tıxanması səbəbindən tüstülünmə nəticəsində 71 nəfər zəhərlənib.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
30-12-2024