Mobil versiya
Salah noyabr ayının ən yaxşısı seçildi
Tarix: 10-12-2024 | Saat: 17:39
Bölmə:İdman | çapa göndər

Salah noyabr ayının ən yaxşısı seçildi

İngiltərənin "Liverpul" komandasının futbolçusu Məhəmməd Salah Premyer Liqada noyabr ayının ən yaxşı futbolçusu seçilib.

aia.az xəbər verir ki, misirli hücumçu Peşəkar Futbolçular Assosiasiyasının azarkeşlər arasında keçirdiyi sorğuya əsasən birinci olub.

M.Salah siyahıda Moises Kaysedo (“Çelsi”), Mateus Kunya, Joao Qomeş (hər ikisi “Vulverhempton”), Ceyms Maddison (“Tottenhem”) və Joao Pedronu (“Brayton”) qabaqlayıb.

Qeyd edək ki, Məhəmməd Salah noyabr ayında Premyer Liqada keçirdiyi 3 oyunda 4 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
01-07-2025