Mobil versiya
"Bu, dövlət-uşaq siyasətinin həyata keçirilməsinə problem yaradır" - Komitə sədri
Tarix: 06-12-2024 | Saat: 16:11
Bölmə:Manşet / Gündəm | çapa göndər

"Bu, dövlət-uşaq siyasətinin həyata keçirilməsinə problem yaradır" -

"Yerli icra hakimiyyətlərində yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın və yerli icra hakimiyyətlərinin qəyyumluq və himayə orqanları fəaliyyət göstərir. Təcrübədə görürük ki, bu qurumlar uşaq müdafiə mexanizmini çətinləşdirir. Yerli icra hakimiyyətlərində fəaliyyət göstərən yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın və qəyyumluq və himayə orqanlarının potensialının gücləndirilməsinə ciddi ehtiyac var".

aia.az xəbər verir ki, bunu Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin bu gün keçirilən iclasında “Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyalar haqqında Əsasnamənin təsdiq edilməsi barədə” qanunda dəyişiklik edilməsi haqqında qanun layihəsinin müzakirəsi zamanı komitə sədri Hicran Hüseynova deyib.

O bildirib ki, komissiyaların maddi-texniki bazasının zəif olması, ştat vahidlərinin sayının az olması, qəyyumluq və himayə orqanlarının əsasnaməsinin günün tələblərinə cavab verməməsi, uşaq müdafiəsinin yerli səviyyədə operativ təminatına, dövlət-uşaq siyasətinin həyata keçirilməsinə problem yaradır:

"Bu baxımdan, təqdim olunan qanun layihəsi xüsusi əhəmiyyət kəsb edir. Buna görə də reallıqları nəzərə almalıyıq. Təcrübədə yaranmış çətinliyi təhlil edib qanunvericilik müstəvisində effektiv dəyişikliklər etməliyik. Yeni layihəyə əsasən, uşaq hüquqlarının müdafiəsi üzrə komissiya və katiblik yaradılacaq. Komissiyalar müavfiq icra hakimiyyəti orqanları yanında həmin orqan tərəfindən 9-11 nəfərdən ibarət tərkibdə yaradılır".

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə