Murğuz Alıyev: Ağdam ən abad yurd yerlərimizdən birinə çevrilməkdədir
Tarix: 22-11-2024 | Saat: 16:53
Bölmə:Özəl | çapa göndər
Xalqımızın yaddaşına və hərb tariximizə qızıl hərflərlə yazılan 2020-ci il əsrlər keçsə də hər zaman Qələbənin, Zəfərin yazıldığı bir il kimi xatırlanacaq. Çünki həmin ildə Möhtərəm Prezidentimiz , Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi altında rəşadətli ordumuz sentyabrın 27-də başlayan və cəmi 44 gün davam edən Vətən müharibəsini Böyük Zəfər, unudulmaz tarixi Qələbə ilə başa vurdu. Həmin Möhtəşəm Qələbənin sevincini hər bir azərbaycanlı bu gün də böyük qürur hissi ilə yaşayır. Ən əsası isə qazandığımız bütün bu tarixi nailiyyətlərə görə Müzəffər Ali Baş Komandana, onun rəhbərliyi altında bizləri Qələbə ilə sevindirən Qüdrətli Azərbaycan Ordusunun qəhrəman əsgər və zabitlərinə, hərbçilərimizə, Vətən uğrunda canından keçən qeyrətli, cəsur şəhidlərimizə, sağlamlığını itirən igid qazilərimizə bir ömür boyu minnətdar olacağıq.
2020-ci ilin 20 noyabr günü həm müdrik xalqımızın, həm də ağdamlıların yaddaşına əbədi həkk olunan bir gündür. Çünki noyabrın 20-si məhz, Ağdamın Ermənistan silahlı qüvvələrinin işğalından azad edildiyi gündür. Şəhərin erməni işğalçılarından təmizlənməsindən artıq 4 il ötür. Həmin tarixi günü ağdamlılar bu gün də fəxr və qürur hissi ilə xatırlayırlar və daim xatırlayacaqlar.
Müzəffər Ali Baş Komandanımız cənab İlham Əliyevin qeyd etdiyi kimi: “Dağılmış Ağdam şəhəri erməni vəhşiliyinin şahididir. Biz Ağdam şəhərini bərpa edəcəyik, bütün kəndləri bərpa edəcəyik. Heç kimdə bu haqda şübhə olmasın”.
Tarixə nəzər salsaq görərik ki, “Ağdam” sözü qədim türk dilində “kiçik qala” deməkdir. Uzaq keçmişdə bu ərazidə yaşamış türkdilli qəbilələr özlərini müdafiə etmək üçün əsasən kiçik qalalar tikirdilər. XVIII əsrin birinci yarısında Qarabağlı Pənahəli xan bu şəhərdə özü üçün ağ daşdan imarət tikdirmək barədə əmr vermişdir. “Ağdam” – günəş şüaları ilə nurlanmış işıqlı, ağ ev deməkdir.Ağdam rayonunun yaradılmasına gəlincə, Ağdam rayonu 1930-cu ildə yaradılmışdır. Sahəsi 1094 kvadratkilometr olan rayonun relyefi əsasən düzənlik, qismən dağlıqdır. Ağdam rayonu Azərbaycanın qədim, füsunkar təbiətli torpağı olan Qarabağın mərkəzində – Qarabağ dağ silsiləsinin şimal-şərq ətəklərində, Kür-Araz ovalığının qərbində yerləşir.
Ağdamın işğalını bu gün də ürəkağrısı ilə xatırlayırıq. Ağdam uğrunda 42 gün davam edən döyüş 1993-cü il 23 iyul tarixində Ağdam ərazisinin 73 faizinin işğalı ilə bitdi. Ərazisi 1094 kvadratkilometr olan Ağdamın 882 kvadratkilometri, rayon mərkəzi ilə birgə 90 kəndi işğal olunmuş, işğal nəticəsində 128 min insan məcburi köçkün həyatını yaşamağa məcbur olmuşdu. İşğal nəticəsində Ağdam rayonunun 38 kolxozu, 12 sənaye obyekti, 74 məktəbi, 271 mədəniyyət evi, bütün dünyada yeganə olan Çörək muzeyi, 67 idarə və 99 klubu düşmən əlinə keçmişdir. Ağdam uğrunda gedən döyüşlər zamanı 6 mindən artıq insan şəhid olmuş, minlərlə insan yaralanmış, əhali öz doğma ev-eşiyindən qovularaq məcburi köçkün kimi Azərbaycanın 59 rayonunun 875 yaşayış məntəqəsində məskunlaşmışdır.
10 noyabr 2020-ci il tarixli bəyanatın gücü sayəsində işğalçı Ermənistan qüvvələri Ağdamdan çıxarıldı. Vətən müharibəsində əldə etdiyimiz qələbə nəticəsində imzalanmış üçtərəfli bəyanata əsasən, 2020-ci il noyabrın 20-də Ağdam rayonunun işğal olunmuş ərazisi Azərbaycana təhvil verildi və bununla da əsaslı şəkildə insan tələfatının qarşısı alındı.
“Ağdamın azad olunmasına görə” medalının təsis edilməsi tarixi əhəmiyyət daşıyır. Medal 2020-ci il noyabrın 26-da təsis edildi. Müzəffər Ali Baş Komandan, Möhtərəm Prezident İlham Əliyevin sərəncamları ilə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 5790 hərbi qulluqçusu “Ağdamın azad olunmasına görə” medalı ilə təltif olunmuşdur.
Təbii ki, Şanlı Zəfərimizin əbədiləşdirilməsi dövlət siyasətinin tərkib hissəsi idi. Möhtərəm Prezident İlham Əliyevin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə Azərbaycan respublikasının işğaldan azad edilmiş əraziləri üzrə şəhər günləri təsis edilmişdir. Sözügedən Sərəncama əsasən 20 noyabr - Ağdam Şəhəri Günü kimi müəyyən olunmuşdur.
Qafqazın Xirosiması adlandırılan Ağdamın bu gün əvvəlki şöhrəti bərpa olunur, genişmiqyaslı bərpa-quruculuq işləri davam etdirilir, layihələndirmə işləri aparılır.
Möhtərəm Prezidentimiz, Müzəffər Ali Baş Komandanımız İlham Əliyev cənablarının azad olunmuş Ağdama səfərləri və reallaşdırılan yeni infrastruktur layihələr xalqımızı, ağdamlıları daha da qürurlandırır. Əminik ki, işğaldan azad edilmiş bütün ərazilərimiz, o cümlədən Ağdam da ən abad yurd yerlərimizdən birinə çevriləcəkdir.
Murğuz Alıyev
YAP Qazax rayon təşkilatının ərazi partiya təşkilatının sədri
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
23-12-2024