Abşeron rayonunda Yeni Azərbaycan Partiyasının yaranmasının 32-ci ildönümü münasibətilə tədbir keçirilib -Fotolar
Tarix: 21-11-2024 | Saat: 16:13
Bölmə:Gündəm | çapa göndər
Abşeron rayonunda Yeni Azərbaycan Partiyasının yaranmasının 32-ci ildönümü münasibətilə tədbir keçirilib.
aia.az xəbər verir ki, tədbirdə Abşeron rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev, millət vəkili Ramid Namazov, YAP Abşeron rayon Təşkilatının sədri Abbas Əliyev, Bakı Mühəndislik Universitetinin rektoru, Abşeron-Xızı Regional Təhsil İdarəsinin müdiri, Abşeron Rayon Mərkəzi Xəstəxanasının direktoru, idarə və təşkilat rəhbərləri, şəhid ailələri, vətən müharibəsi iştirakçıları, partiya fəalları, gənclər və rayon ictimaiyyəti iştirak edib. İştirakçılar Ulu Öndər Heydər Əliyevin Xırdalan şəhərində ucaldılmış abidəsini ziyarət edib, önünə gül dəstələri qoyularaq xatirəsi ehtiramla yad ediblər.
YAP Abşeron Rayon Təşkilatının inzibati binasında davam etdirilən tədbirdə Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilib, Ümummilli Lider Heydər Əliyevin və vətənimizin bütövlüyü uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Abşeron rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev çıxış edərək partiyanın yaranma tarixinə və fəaliyyətinə nəzər salıb. Yeni Azərbaycan Partiyasının zərurətdən yarandığını qeyd edərək bildirib ki, Ümummilli Lider Heydər Əliyevin müəyyənləşdirdiyi siyasəti və ideyalarını həyata keçirən partiya xalqımızın siyasi tarixində özünəməxsus yer tutur. Yeni Azərbaycan Partiyasının dünənin, bu günün və sabahın partiyası olduğunu vurğulayan RİH başçısı bildirib ki, YAP bu gün də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin inkişafı istiqamətində siyasi fəaliyyət həyata keçirməkdədir. Abdin Fərzəliyev qeyd edib ki, hazırda işğaldan azad olunmuş ərazilərimizdə aparılan abadlıq-quruculuq bərpa işləri, “Böyük Qayıdışa dair I Dövlət Proqramı”nın uğurla icra olunması, uzun illər ərzində öz doğma yurd yuvalarından qaçqın düşmüş sakinlərimizin həmin ərazilərdə məskunlaşdırılması, onların rahat həyat şəraitinin təmin edilməsi məqsədi ilə bütün imkanların səfərbər edilməsi dövlətimizin gücünü bütün dünyaya nümayiş etdirir. Bu gün Azərbaycanın nəinki regionda, dünyada güclü və nüfuzlu dövlət kimi tanınmasını şərtləndirən Prezident İlham Əliyevin uğurlu daxili və xarici siyasəti beynəlxaq aləmin diqqətini ölkəmizə yönəldir, dövlətimizi dünyada söz sahibi edir.
Sonra Milli Məclisin deputatı Ramid Namazov qeyd edib ki, 1993-cü ilin iyununda ölkədəki ictimai-siyasi vəziyyət daha ağırlaşmışdı və xalq təkidli tələblə Heydər Əliyevin hakimiyyətə qayıtmasını tələb etdi. Ulu Öndər hakimiyyətə qayıtdıqdan sonra ilk olaraq atəşkəs rejimi yaradıldı, ictimai-siyasi sabitlik formalaşdırıldı, iqtisadi inkişafın əsası qoyuldu və sonda Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Qarabağı erməni işğalından azad etdi. Prezident İlham Əliyev Ulu Öndərin siyasi kursunu layiqlə davam etdirərək ata vəsiyyətini yerinə yetirdi və Azərbaycanın suverenliyini bərpa edərək Qarabağı işğaldan azad etdi.
Tədbirdə YAP Abşeron rayon Təşkilatının sədri Abbas Əliyev çıxış edərək bildirib ki, Yeni Azərbaycan Partiyası Azərbaycan tarixinin son dərəcə ağır və keşməkeşli günlərində, ölkənin ciddi sınaqlara məruz qaldığı bir dövrdə Azərbaycan ziyalılarının təşəbbüsü və fəal iştirakı ilə yaranıb. Qeyd olunub ki, Azərbaycanın taleyini düşünən insanlar ölkəni böhrandan çıxara biləcək yeni bir partiya yaratmaq təşəbbüsü ilə çıxış etdilər. Bu məqsədlə xalqın sınanmış lideri və peşəkar siyasətçi Heydər Əliyevin şəxsiyyəti ətrafında birləşmək qərarı verildi. Ulu Öndər Heydər Əliyevin yaratdığı partiya ötən illər ərzində ölkəmizdə siyasi sabitliyin və davamlı inkişafın təminatçısı kimi çıxış edib: “Qısa müddət ərzində ümumxalq partiyasına çevrilmiş Yeni Azərbaycan Partiyası yarandıqdan bu günə qədər çox böyük, şərəfli və uğurlu yol keçib.
Sonra Abşeron Rayon İcra Hakimiyyəti yanında İctimai Şuranın sədri, Vətən Müharibəsi şəhidi Elçin Həsənlinin anası Xatirə İsmayılova və Rayon Ağsaqqallar Şurasının sədri, Vətən Müharibəsi şəhidi Vidadi Zalovun atası Nizami Zalov çıxış edərək bildiriblər ki, özləri, o cümlədən vətənimizin ərazi bütövlüyü uğrunda şəhidlik zirvəsinə ucalan övladları da YAP üzvü olub. Qeyd edilib ki, 44 günlük Vətən Müharibəsində YAP həm ictimai-siyasi müstəvidə, həm də beynəlxalq platformalarda Azərbaycan həqiqətlərinin təbliği və təşviqində mühüm rol oynayıb. Regionun ən güclü siyasi təşkilatı olan Yeni Azərbaycan Partiyası Azərbaycanın haqlı mövqeyinin ifadə edilməsi, 30 ilə yaxın davam edən Ermənistanın işğal siyasətinin əsl mahiyyətinin geniş ictimai fikrə çatdırılmasında öz üzərinə düşən vəzifəni layiqincə yerinə yetirib.
Sonda Yeni Azərbaycan Partiyası sıralarına yeni qoşulmuş üzvlərə vəsiqələri təqdim olunub, xatirə şəkili çəkilib.
Tədbirə Yeni Azərbaycan Partiyasının Himni səsləndirilərk yekun vurulub.
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
21-12-2024