Novruzəli Aslanov İsmayıllıda vətəndaşların növbəti qəbulunu keçirib -Fotolar
Tarix: 21-11-2024 | Saat: 14:04
Bölmə:Gündəm / Özəl | çapa göndər
Milli Məclisin deputatı Novruzəli Aslanov noyabrın 21-də İsmayıllı rayonunun Aşıqbayramlı və Talış kəndlərində vətəndaşları qəbul edib.
aia.az xəbər verir ki, millət vəkilinin hər həftə keçirdiyi belə görüşlər artıq ənənəvi hal alıb. Bildirilir ki, Aşıqbayramlı kənd məktəbində keçirilən qəbul zamanı kənd sakinlərini qayğılandıran məsələlər müzakirə olunub. Bu görüşdə rayonun Hapıtlı və Qarakolluq kənd sakinləri də iştirak ediblər. Novruz Aslan qaldırılan məsələləri qeydə alaraq onların həlli məqsədilə müvafiq tədbirlərin görüləcəyini bildirib. Növbəti qəbul isə, artıq qeyd olunduğu kimi, Talış kənd məktəbində baş tutub. Xəbər verilir ki, bu görüşdə də kənd sakinlərini narahat edən həm ümumi problemlər, həm də fərdi müraciətlər deputat tərəfindən dinlənilib və qeydə alınıb. Vətəndaşlara qaldırılan məsələlərin həlli istiqamətində gərəkən addımların atılacağı bildirilib.
Deputat Novruzəli Aslanovun noyabrın 21-də İsmayıllı rayonunun Aşıqbayramlı və Talış kəndlərində keçirdiyi qəbulda iştirak edən kənd sakinləri və rayon ictimaiyyətinin nümayəndələri Ölkə Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını bildiriblər.
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
23-12-2024