"Azərbaycanla münasibətlər yüksələn xətt üzrə inkişaf edir"
Tarix: 11-11-2024 | Saat: 15:28
Bölmə:Gündəm | çapa göndər
Biz Azərbaycan Prezidenti İlham Əliyevlə yaxşı əməkdaşlığı, eləcə də onun Bosniya və Herseqovinanın bütün xalqlarına və hər iki qurumuna dost münasibətini yüksək qiymətləndiririk.
AİA.Az Trend-ə istinadən bildirir ki, bunu BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında (COP29) iştirak etmək üçün Azərbaycanda səfərdə olan Bosniya və Herseqovinanın Rəyasət Heyətinin üzvü Jelka Tsviyanoviç rəsmi sosial şəbəkə hesabındakı paylaşımında qeyd edib.
"Azərbaycan ilə münasibətlərimiz yüksələn xətt üzrə inkişaf edir, getdikcə daha da yaxşılaşır və mənalı olur. İki ildən az müddətdə mənim Bakıya dördüncü səfərim, eləcə də ötən il Prezident İlham Əliyevin mənim dəvətimlə Bosniya və Herseqovinaya rəsmi səfəri buna sübutdur. İndiyə qədər göstərdiyiniz dəstəyə görə təşəkkür edirik və müzakirə etdiyimiz gələcək layihələrin reallaşmasını səbirsizliklə gözləyirik", - deyə Jelka Tsviyanoviç bildirib.
Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyev noyabrın 11-də Bosniya və Herseqovinanın Rəyasət Heyətinin Sədri Denis Beçiroviç və üzvü Jelka Tsviyanoviç ilə görüşüb.
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
21-12-2024