Mobil versiya
COP29-da iştirak etmək üçün 3 minə yaxın jurnalist qeydiyyatdan keçib
Tarix: 21-10-2024 | Saat: 12:31
Bölmə:Gündəm | çapa göndər

COP29-da iştirak etmək üçün 3 minə yaxın jurnalist qeydiyyatdan keçib

Bu günə qədər 3 minə yaxın jurnalist gələn ay Bakıda keçiriləcək BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında (COP29) iştirak etmək üçün qeydiyyatdan keçib.

aia.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında COP29 Əməliyyat Şirkətinin Koordinasiya Şurasının üzvü Ayan Nəcəf Bakıda keçirilən "ESG hesabatlarının anlaşılması və təhlili ekoloji, sosial və korporativ idarəetmə" mövzusunda seminar çərçivəsində bildirib.

Onun sözlərinə görə, bunlar arasında həm yerli, həm də xarici media nümayəndələri var.

"COP29 həm yerli, həm də beynəlxalq medianın diqqət mərkəzindədir. Bu gün BMT-nin "mavi zona" üzrə akkreditasiyası tamamlanır. COP sədrliyi bir müddət əvvəl "yaşıl zona" üçün medianın akkreditasiyasına başlayıb. Bu da oktyabrın sonunda tamamlanacaq", - deyə A.Nəcəf əlavə edib.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
21-10-2024