Mobil versiya
Azərbaycanda yaşamaq üçün 54 mindən çox əcnəbi müraciət edib
Tarix: 18-10-2024 | Saat: 15:27
Bölmə:Gündəm | çapa göndər

Azərbaycanda yaşamaq üçün 54 mindən çox əcnəbi müraciət edib

Ötən 9 ayda Dövlət Miqrasiya Xidmətinə (DMX) əcnəbilər və vətəndaşlığı olmayan şəxslərin Azərbaycanda müvəqqəti və daimi yaşamaq üçün icazələrin alınması (müddətlərinin uzadılması) ilə bağlı 54 min 929 müraciəti daxil olub.

Bu barədə aia.az-a DMX-dən məlumat verilib.

Qeyd edilib ki, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər tərəfindən Azərbaycanda olduğu yer üzrə qeydiyyata alınma ilə bağlı quruma 296 min 7 müraciət edilib.

Şəxslərin vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi ilə bağlı müraciətlərinin sayı isə 12 min 41 olub.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
18-10-2024