Mobil versiya
”Böyük Qayıdış” proqramı Füzuliyə yeni həyat gətirir
Tarix: 17-10-2024 | Saat: 14:15
Bölmə:Özəl | çapa göndər

”Böyük Qayıdış” proqramı Füzuliyə yeni həyat gətirir

Füzuli rayonu istiqamətində isə xüsusilə möhkəmləndirilmiş istehkamlar daha çox idi. Füzulinin azad olunması müharibənin gedişinə və ümumilikdə müqəddəratına həlledici təsir göstərə bilərdi və bu, belə də oldu. Ermənistanın təxribatlarına cavab olaraq 2020-ci il 27 sentyabr tarixində başlayan Vətən müharibəsinin gedişində şanlı Ordumuzun qəhrəman döyüşçüləri istehkamları öz canları və qanları bahasına keçərək, oktyabr ayının 17-də Füzuli rayonunun Qoçəhmədli, Çimən, Cuvarlı, Pirəhmədli, Musabəyli, İşıqlı, Dədəli kəndləri və Füzuli şəhərini işğaldan azad etdilər. Bu vacib məqamları öz çıxışlarında daim ön plana çəkən cənab Prezident İlham Əliyevin dediyi kimi, bu gün biz əziz şəhidlərimizin xatirəsinə dərin ehtiramımızı ifadə edirik. Çünki, bu günə görə biz hamımız onlara borcluyuq. Hərbçilərimizin qəhrəmanlığı bizim yaddaşımızdan heç vaxt silinməməlidir. Bu gün bütün şəhidlərimizin ruhu şaddır ki, insanlar öz doğma torpaqlarına qayıdır. Şəhidlərimiz canlarını fəda edərək tarixi Zəfər çalıblar və bu fədakarlıq gələcək nəsillərin xoşbəxt həyatını təmin edən əsas amildir.

Bu fikirləri aia.az-a verdiyi müsahibəsində Elm və Təhsil Nazirliyi Fizika İnstititunun baş meneceri Xanlar Xanlarov deyib.

“Dövlətimizin başçısı İlham Əliyev çıxışlarında daim bu məqamı xüsusi qeyd edir ki, Füzuli azad olunanda bir salamat bina tapa bilmədik  Bayrağımızı qaldıraq. Bir hərbi hissədən başqa. Onun da həyətində dirəkdə Bayrağımızı ucaltdıq: “Buraya ilk dəfə gələndə, vallah, hər bir azərbaycanlı kimi adamın ürəyi ağrıyırdı, məəttəl qalırdı, dəhşətə gəlirdi insan ki, bu dərəcədə düşmənçiliyin mənbəyi nədir?! Axı biz ermənilərə nə etmişdik?! Biz onlarla yanbayan yaşamışdıq. Onlar bizim çörəyimizi yeyiblər, bizim hesabımıza onlar üçün şəhərlər, kəndlər qurulmuşdu, infrastruktur yaradılmışdı. Sovet dövründə bütün bu işlərin hamısı Azərbaycan büdcəsi hesabına görülmüşdür. İnsanlara zülm etmək, onlara işgəncə vermək, Azərbaycan xalqına qarşı etnik təmizləmə aparmaq, görünür, onların ürəyində olan o qara ləkələr idi”.

Bu gün işğaldan azad edilmiş bütün ərazilərimizdə, o cümlədən Füzulidə  həyata keçirilən layihələr dünya miqyasında şəhərsalma prinsiplərinin yeni qaydalarını təsbit edir.” – deyə X. Xanlarov deyib.

aia.az
Bayram Xudayarov




Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
10-01-2025