Bizim bayrağımız Xankəndidə əbədi dalğalanacaq
Tarix: 09-10-2024 | Saat: 13:46
Bölmə:Manşet / Siyasət / Parlament | çapa göndər
“Xankəndidə Müzəffər Ali Baş Komandan tərəfindən Üçrəngli Azərbaycan Bayrağının ucaldılmasından bir il ötür. 2023-cü ildə şanlı ordumuzun 24 saatdan da az çəkən antiterror tədbirləri nəticəsində Xankəndi və ətraf rayonların separatçılardan təmizlənməsi ilə 200 illik erməni xülyalarına, ərazi iddialarına son qoyuldu. Bütün dünyanı heyrətə gətirən Xankəndi əməliyyatı tarixi, siyasi və hüquqi nəzarətdən doğmaqla yanaşı, cənab İlham Əliyevin qətiyyətinin, şanlı ordumuzun gücünün nəticəsidir. 2003-cü il oktyabrın 15-də Azərbaycan Prezidenti seçilən İlham Əliyev Konstitusiya və Qurani-Kərimə əl basaraq and içmişdi ki, dövlətin milli maraqlarını müdafiə edəcək, ölkəmizin ərazi bütövlüyünü qoruyacaq. Deməli, Xankəndidə bayrağımızın ucaldılması dövlət başçısı İlham Əliyevin xalqa verdiyi vədinə sadiqliyinin təcəssümü idi. O, işğal altındakı torpaqlarımızı azad etməklə həm də ata vəsiyyətini yerinə yetirmiş oldu. Bu gün Ulu Öndər Heydər Əliyevin ruhu şaddır”.
Bu sözləri Milli Məclisin deputatı Tahir Mirkişili bildirib.
Onun sözlərinə görə, Prezident İlham Əliyev Ümummilli Lider Heydər Əliyevin axıra çatdıra bilmədiyi taleyüklü işi başa çatdırdı: “Siyasi-diplomatik və hərbi müstəvilərdə aparılan məqsədyönlü fəaliyyət öz müsbət nəticəsini göstərdi. 44 günlük Vətən müharibəsində əldə etdiyimiz Zəfərin əsas müəllifi məhz cənab İlham Əliyevdir. Onun düşünülmüş siyasəti, qətiyyəti və prinsipiallığı nəticəsində dövlət suverenliyimiz təmin edildi. Hesab edirəm ki, oktyabrın 15-də Xocalıda, Əsgəranda, Xankəndidə Azərbaycanın Üçrəngli Dövlət Bayrağının dalğalandırılması tariximizə qızıl hərflərlə düşəcək hadisələrdəndir. Azərbaycanın hər bir qarış torpağı bizim üçün əzizdir. Amma siyasi tariximizdə Şuşanın, Xocalının, Xankəndinin mənəvi yükü bir qədər fərqlidir. Şuşa mədəniyyət beşiyimiz, Xocalı qan yaddaşımız, Xankəndi isə separatizmin körükləndiyi bir mərkəz olaraq Azərbaycan üçün son dərəcə həssas məkanlar olub. Xankəndidə bayraq ucaltmaqla möhtəşəm Qələbənin təntənəsini qeyd etdik. Ermənilərin azərbaycanlılara qarşı soyqırımı, deportasiya siyasətinin başında çar və Sovet Rusiyası dayanıb. Amma etiraf edək ki, ermənilərin bizim ərazilərimizdə at oynatmasının bir günahı da deportasiyalar zamanı Azərbaycanın o zamanki siyasi rəhbərliyi olub. İrəvanın, Zəngəzurun Ermənistana verilməsi, 1923-cü ildə isə Dağlıq Qarabağ Muxtar Vilayətinin yaradılması ölkəmizə rəhbərlik edən siyasətçilərin qorxaq, yarıtmaz və dardüşücəli baxışları sayəsində mümkün oldu. Ermənilərə Qarabağda heç bir hüquqi əsas olmadan muxtariyyət verməklə böyük səhvə yol verildi. Ermənilərin məqsədyönlü planları 1988-ci ildə işə düşdü. Əminliklə demək olar ki, həmin dövrdə hakimiyyətdə Ulu Öndər Heydər Əliyev olsaydı, Qarabağ probleminin qarşısı alnardı. Çünki Dahi Lider Sovet Azərbaycanında rəhbərliyə gələndən sonra Qarabağdakı millətçi qüvvələr baş qaldıra bilmirdilər. 1969-1982-ci illərdə Qarabağda heç bir xoşagəlməz hala rast gəlinmədi. Heydər Əliyev 1987-ci ildə vəzifəsindən kənarlaşdırıldı, Sovet İttifaqı Kommunist Partiyasının büro üzvlüyündən çıxarıldı. İki həftə keçməmiş erməni millətçiləri Dağlıq Qarabağ Muxtar Vilayətinin Azərbaycandan alınaraq Ermənistana verilməsi məsələsini qaldırdılar. Təəssüf ki, AXC-Müsavat hakimiyyəti erməni separatizminin nəinki kökünü kəsə bilmədi, hətta onların işğalçılıq fəaliyyətlərinin qarşısında geri çəkildilər. Rayonlarımız bir-bir işğal olundu, bir milyona yaxın vətəndaşımız yurd-yuvalarından didərgin düşdü. Yalnız Heydər Əliyev ikinci dəfə hakimiyyətə gələndən sonra işğalın qarşısını almaq mümkün oldu. 1994-cü ilin yanvar ayında uğurlu Horadiz əməliyyatı nəticəsində Füzuli rayonunun 20 Arazboyu kəndi, Horadiz qəsəbəsi və Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndi işğaldan azad edildi. Amma nizami qoşun hissələri yaratmaq, Silahlı Qüvvələri yenidən qurmaq üçün sıfırdan başlamaq lazım idi. Ordu quruculuğu istiqamətində çox böyük işlər görüldü və nəticədə tarixi Zəfər əldə etdik”.
Deputat qeyd etdi ki, torpaqlarımızı azad etməklə milli ləyaqətimizi, milli qürurumuzu özümüzə qaytardıq: “Azərbaycan postsovet məkanında öz ərazi bütövlüyünü və suverenliyini tam bərpa etmiş nadir dövlətlərdən biridir. Bu, məhz cənab İlham Əliyevin uzaqgörənliyi və qətiyyəti, əsgərlərimizin qəhrəmanlığı sayəsində mümkün oldu. Hərbçilərimizin qanı və canı bahasına əldə edilmiş Zəfər Azərbaycanın dünyada nüfuzunu qaldırdı. Ali Baş Komandan tərəfindən Xankəndi şəhərində dövlət bayrağımızın ucaldılması son 200 illik tariximizin ən şərəfli səhifələrindəndir. Necə deyərlər, Xankəndində ilk dəfə yüksəldilən bayrağımız bir daha enməyəcək, əbədi dalğalanacaqdır”.
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
26-12-2024