Şuşa – Tarixin, mədəniyyətin və qələbənin qovuşduğu məkan
Tarix: 07-11-2025 | Saat: 15:30
Bölmə:Siyasət | çapa göndər

Şuşa şəhəri əsrlər boyu Azərbaycan tarixinin, mədəniyyətinin, musiqisinin və mənəviyyatının mərkəzi olub. Qarabağın incisi adlandırılan bu şəhər, 1752-ci ildə Pənahəli xan tərəfindən salınıb və qısa zamanda Cənubi Qafqazın ən mühüm mədəni mərkəzlərindən birinə çevrilib. Şuşa təkcə gözəlliyi ilə deyil, həm də yetişdirdiyi dahiləri – Üzeyir Hacıbəyli, Bülbül, Xurşidbanu Natəvan kimi şəxsiyyətləri ilə tanınıb. Lakin 1992-ci ildə şəhərin işğalı xalqımız üçün ağır bir zərbə oldu. Bu, təkcə torpaq itkisi deyil, həm də mənəvi bir ağrı idi. Lakin 2020-ci ildə 44 günlük Vətən müharibəsində Azərbaycan Ordusu möhtəşəm zəfər qazandı. 8 Noyabrda Şuşa azad edildi və bu gün xalqımızın milli qürur gününə çevrildi. 8 Noyabr – Şuşa şəhəri günü kimi qeyd olunması, xalqımızın tarixə yazdığı qəhrəmanlıq salnaməsinin bir hissəsidir. Bu gün Şuşa bərpa olunur, küçələrində Azərbaycan bayrağı dalğalanır, qədim abidələr bərpa edilir, yeni mədəniyyət tədbirləri keçirilir. Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevanın rəhbərliyi ilə Şuşa yenidən öz tarixi simasını qazanır. Şuşa həm də gələcək nəsillərə vətənpərvərlik dərsi verən bir şəhərdir. Hər bir azərbaycanlının qəlbində Şuşa sevgisi yaşayır və bu sevgi xalqımızı birləşdirir. 8 Noyabr – Şuşa şəhəri günü xalqımızın birliyi, qəhrəmanlığı və yenilməzliyinin təntənəsidir.
Pərviz Məcnunov
YAP Laçın rayon təşkilatının məsləhətçisi
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
07-11-2025