Mobil versiya
Hikmət Hacıyev NATO nümayəndə heyəti ilə sülh gündəliyini müzakirə etdi
Tarix: 07-11-2025 | Saat: 17:19
Bölmə:Siyasət | çapa göndər

Hikmət Hacıyev NATO nümayəndə heyəti ilə sülh gündəliyini müzakirə etdi

Azərbaycan Prezidentinin köməkçisi – Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev NATO-nun nümayəndə heyəti ilə görüşüb.

aia.az xəbər verir ki, Hikmət Hacıyev bu barədə özünün "X" sosial media hesabında paylaşım edib.

"NATO-ya üzv dövlətlərin daimi nümayəndələrinin Azərbaycana səfəri çərçivəsində onlarla görüşməkdən məmnunam. Görüş zamanı səmərəli və uğurlu NATO–Azərbaycan tərəfdaşlığına dair geniş müzakirələr apardıq, həmçinin regional təhlükəsizlik məsələləri və Azərbaycan–Ermənistan sülh gündəliyinin irəlilədilməsi ilə bağlı fikir mübadiləsi etdik", - paylaşımda qeyd olunub.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
07-11-2025